Cümə, 02 Fevral 2018 16:52

İnqilab təqvimi; 13 bəhmən 1357-ci il

İnqilab təqvimi; 13 bəhmən 1357-ci il

1357-ci il 13 bəhmən başqa sözlə 1979-cu il 2 fevral mübarək fəcr ongünlüyünə daxildir və belə bir gün İran xalqı və inqilabçıları üçün çətin günlərdən biri kimi yadda qalır. Belə bir gündə İran xalqı hərəkatın rəhbərliyini dinləyərək küçələrdə idi və imanla görüşlərində bu yoldakı əzmkarlığını vurğulayırdı. İndi isə İran xalqının islam inqilabı hərəkatında tele yüklü günlərdən olan 13 bəhmən hadisələrini nəzərdən keçiririk.

İmam Xomeyninin(r.ə) vətənə daxil olmasından öncə müharibə meydanlarını xatırladan Tehran küçələri İmam daxil olduqda xalq tərəfindən tamamiylə təmizlənildi və şəhərdə xüsusi həyəcan yaşanırdı. 

Bir çox rayonlarda küçələrin təmizlənilməsi planı konullu qadın və kişilər vasitəsi ilə həyata keçirilirdi. 

Məhtəblər və universitetlər fəaliyyətini dayandırmışdılar. 

İmamın İrana daxil olmasından  və milyonlarla iştiyaqlı xalq qarşısında Behişti-Zəhra qəbiristanlığında etdiyi çıxışından sonra o həzrətin xalqa yaxın olduğu və xalqla bir başa əlaqə yaratdığına görə o həzrətin təhlükəsizliyinin təmin olunması və xalq kütlələri ilə tez-tez görüşlərinə şəraitin yaradılması üçün Ələvi məktəbində yerləşdirilir. 

13 bəhmən 1357-ci il ilk saatlardan komendant saatı ləğv edildikdə minlərlə qadın və kişi Ələvi dini mədrəsəsinə doğru yuruşə başlayır, xalq ölkəyə qayıtmış rəhbərini görmək istəyir. 

Dini mədrəsənin həyəti tez-tez əhali ilə dolub-boşalır və insan dalğaları bir an belə dayanmır, hamının gözü və qulağı Ələvi mədrəsəsindədir. 

Həzrət İmam Xomeyni Ələvi mədrəsəsindəki görüşlərindən birində monarxiya rejimini rədd edərək xalqın öz taleyinə sahib çıxmalı olduğunu vurğulayır və belə buyurur: Monarxiya rejimi əvvəlindən ağıla zid idi...hər bir xalq öz taleyini özü təyin etməlidir. 

İmam həmçinin hərbçilərə xitabən onları xalq sıralarına qoşulmağa və Amerika hərbi kontingentlərinin boyunduruğundan özlərini xilas etməyə çağırır. 

İslam Respublikasının banisi hava qoşunlarının və xalqa qatılan digər ordu qüvvələrinin canına qarşı hər hansı hərəkət barədə Bəxtiyar hökumətinə xəbərdarlıq edir. 

Pəhləvi şahlıq rejiminin sonuncu baş naziri olan Şapur Bəxtiyar mətbuat konfransı keçirərək İmam Xomeyni(r.ə) tərəfindən irəli sürülən müvəqqəti hökumətin təşkil edilməsi ideyasına münasibət bildirərək deyir: Belə bir hökuməti müqəddəs Qum şəhərində təşkil etmək istərsə buna imkan verəcəyəm, bu həmdə maraqlı olacaq, bizim də kiçik Vatikanımız olacaq , amma Ayətuhhal Xomeyniyə tam qətiyyətlə deyirəm ki, real bir hökumətin yaradılmasına icazə verməyəcəm. 

Bəxtiyarın dediklərinə qarşı və imamı dəstək olaraq bir neçə şəhərdə o sıradan Simnan və Türbət Camda aksiyalar keçirilir və rejim məmurları bir neçə vətəndaşı şəhid edirlər. 

Şapur Bəxtiyar çıxışında həmçinin İmam Xomeyni(r.ə) ilə görüşmək istədiyini də bildirib. 

AP xəbər agentliyi İranın ordu komandanları adından yazıb: Onlar Ayətullah Xomeyninin konstitusiyaya zidd hərəkəti təqdirində əks tədbirlər həyata keçirəcəklər. 

Röyters xəbər agentliyi isə 13 bəhmən günü ilə əlaqədar xəbərlərində İsrail başçılarına istinadla bildirib: Biz Ayətullah Xomeyninin İrana qayıtmasından nigaranıq və Ayətullahın İrana daxil olması ifratçılığa səbəb ola və Yaxın şərq sülh prossesini əngəlləyə bilər. 

Moskva səsi radiosu 13 bəhmən hadisələri barədə bildirib: Amerikada yaşayan iranlı tələbələr Amerikanın İranın daxili işlərinə müdaxiləsinə qarşı Ağ ev qarşısında aksiya keçiriblər. 

Xalqın şahlıq rejimi məmurları ilə toqquşmalarında SAVAK-ın yüksək səviyyəli başçılarından olan polkovnik Mötəmidi terror edilib. 

Milli Cəbhənin Mərkəzi Şurasının üzvlərindən olan D-r Səncabi inqilab və İmam Xomeyniyə(r.ə) sadiq qalaraq baş nazir Şapur Bəxtiyarın istefa verməsini istəyib. Amerikanın Corc Taun universitetinin müəllimi Con Spuzito deyib: İslam inqilabı şüarlarının,hədəf, metod, məzmun və nəticələrinin cazibədarlığına , ortaq dini və tarixi keçmiş əsasında formalaşdığına , regional və beynəlxalq şəraitə görə, islam dünyasında təsirli fenomen olmuşdur. 

BBC telekanalı da bildirib ki, 1979-cu ildə İranda baş verən hadisə sadəcə iranlılar üçün deyil həm də bütün dinlər üçün dönüş nöqtəsi oldu, bu dönüş nöqtəsi dünya üzrə milyonlarla insanın dini üsulçuluğa üz tutması ilə nəticələndi. Dünya boyu xristianlıq, yəhudilik və hinduizm kimi digər dinlərin davamçıları dini üsulçuluğa üz tutdular hətta 70 il öncə dinə qarşı savaş başlatmışTürkiyədə islami prinsiplərə qayıdış prossesi sürətləndi.  

Şərh yaz


Məxfi kod
Yenilə