Cümə axşamı, 01 Fevral 2018 10:32

İnqilab Rəhbəri İslam İnqilabının banisinin məzarı və şəhidlərin məzarlarını ziyarət ediblər

İnqilab Rəhbəri İslam İnqilabının banisinin məzarı və şəhidlərin məzarlarını ziyarət ediblər

Fəcr Ongünlüyü ərəfəsində və İmam Xomeyninin (rə) İslami İrana gəlişinin ildönümü günündə İslam İnqilabının Böyük Rəhbəri bu günün ilk saatlarında İmam Xomeyninin (rə) pak ziyarətgahını ziyarət edib, namaz qılıb, fatihə oxuyaraq o həzrətə məqamına hörmət ifadə ediblər.

Həzrət Ayətullahülüzma Xamenei sonra 7 tir şəhidlərinin məzarını ziyarət edib, şəhid Behişti, şəhid Rəcayi, şəhid Bahünər və digər şəhidlərin xatirəsini yad ediblər.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İslam İnqilabı, Müqəddəs Müdafiə, Hərəm Müdafiəçiləri şəhidlərinin xatirəsini yad edib, dua və fatihə oxuyaraq Allah yolunda özlərini fəda etmiş mücahidlərə rəhmət diləyiblər.

Sabah cümə axşamı 12 bəhmən, 1 fevral İmam Xomeyninin (rə) İrana dönüşü və mübarək Fəcr Ongünlüyünün başlanmasının ildönümü günüdür. 

12 bəhməndən, yənin İmam Xomeyninin (rə) İrana daxil olduğu gündən İslam İnqilabının qələbə çaldığı 22 bəhmənə qədər ongünlük Fəcr Ongünlüyü adlandırılmışdır. 

Şərh yaz


Məxfi kod
Yenilə