Cümə, 10 Fevral 2017 20:41

İran İslam İnqilabının 38-ci ildönümü

İran İslam İnqilabının 38-ci ildönümü

Bu gün cümə 22 Bəhmən ( 10 Fevral ) İran İslam İnqilabının 38-ci ildönümü günüdür.

İran xalqı bu münasibət ilə İslam İnqilabının qələbə çalmasının ildönümü günü mərasimində öz geniş iştirakı ilə bir daha İran İslam Respublikasının dahi memarı İmam Xomeyni(r.ə) və İslam İnqilabının böyük rəhbəri həzrət ayətullahülüzma Xamenei ilə öz sədaqət əhd-peymanını təzələmiş olub. 

İran İslam İnqilabının qələbəsinin ildönümü yürüşü bu gün İranın hər bir nöqtəsində yerli vaxtla saat 9-da başlanıb. 

Paytaxt Tehranda isə İslam İnqilabının qələbə çalmasının ildönümü günü yürüşü "Azadlıq" meydanına aparan öncədən təyin olunmuş 10 marşrut əsasında həyata keçirilir. 

İran İslam İnqilabı 11 Fevral 1979-cu ildə İran İslam Respublikasının dahi memarı İmam Xomeyninin(r.ə) rəhbərliyi altında qələbə çaldı. 

Şərh yaz


Məxfi kod
Yenilə