Cümə, 10 Fevral 2017 19:46

22 Bəhmən; İran xalqının müstəqilliyi və inkişafı simvolu

22 Bəhmən; İran xalqının müstəqilliyi və inkişafı simvolu

İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri 22 Bəhməni İran xalqının müstəqilliyi, azadlığı və inkişafının simvolu adlandırıb.

Rza Salehi Əmiri bu gün cümə İRNA-ya verdiyi müsahibədə deyib: 22 Bəhmən mühüm və tarixi bir gün olaraq İran və dünyanın yaddaşına həkk olunub. Çünki, İran xalqı bu gündə öz müstəqilliyi, şərəfi, izzəti və azadlığına nail olmuş olub. 

Salehi Əmiri əlavə edib: İran xalqı birlik, həmrəylik və yekdillik habelə, İmam Xomeyninin(r.ə) rəhbərliyi altında Pəhləvi rejimini devirdi və o gündən 38 ilin ötməsinə rəğmən düşmənlərin bütün destruktiv hərəkətlərinə sinə gərmiş və çətinliklərin öhdəsindən gələrək, bütün manələri aşmış, İnqilabın ideyalarına və yoluna sadiq qalmışdır. 

İranın mədəniyyət və islami irşad naziri həmçinin deyib: Bu gün İranın düşmənləri azalmayıb. Əksinə, mədəniyyət, iqtisadiyyat və siyasət səhnəsində daha da artıbdır. Düşmənlər təhdid və sanksiyalar ilə bu xalqı və quruluşu iflic edə biləcəyini düşünür. Lakin, İran xalqının 22 Bəhmən yürüşündəki əzəmətli iştirakı düşmənlərin bütün fitnələrinə möhkəm cavab sayılır. 

Şərh yaz


Məxfi kod
Yenilə