Cümə, 10 Fevral 2017 18:32

Bakıda İslam İnqilabı şənliyi-foto

Bakıda İslam İnqilabı şənliyi-foto

İslam İnqilabının qələbə çalmasının ildönümünə həsr olunmuş şənlik mərasimi Azərbaycanın tanınmış siyasətçiləri, mədəniyyət xadimləri və iş adamlarının habelə, xarici ölkə səfirləri və diplomatlarının iştirakı ilə təntənəli surətdə keçirilib.

İRİB-nin verdiyi məlumata görə, azərbaycanlı mütəfəkkirlər, ziyalılar, mədəniyyət xadimləri, din xadimləri və siyasətilər o cümlədən millət vəkillərinin qatıldığı bu mərasimdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə İslam İnqilabını müasir tarixin ən mühüm hadisələrindən adlandırıb və deyib: İran İslam İnqilabı region və dünyada böyük təsirlərə malik olub.

C.Cahangirzadə çıxışının davamında əlavə edib: İran İslam Respublikası daim qonşu ölkələr o cümlədən Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olub.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də bu mərasimdə çıxış edərək, Azərbaycan dövləti və xalqı adından İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə İran xalqı və dövlətini təbrik edərək, iki ölkəni bir-birinə bağlayan tarixi və mənəvi bağlara işarə edib.

Ş.Mustafayev daha sonra İran və Azərbaycan prezidentləri arasında ötən 3 ildə bir neçə dəfə görüşün baş tutmasına işarə edərək, bunu iki ölkə başçılarının qarşılıqlı əlaqələrin inkişafına xüsusi qayğısının nişanəsi adlandırıb.

Azərbaycanın iqtisadi inkişaf naziri və İran - Azərbaycan birgə iqtisadi komissiyasının azərbaycanlı sədri həmçinin deyib: Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 70%-lik artımın şahidi olub və Şimal-Cənub beynəlxalq tranzit marşrutunun təkmilləşdirilməsi üzrə birgə səylər həyata keçirilib.

Ş.Mustafayev daha sonra Neftçala sənaye şəhərciyində avtomobil  zavodu və Bakının ətrafında dərman zavodunun quraşdırılması daxil olmaqla, icra halında olan  birgə iqtisadi anlaşmalar işarə edərək, deyib: İki ölkə arasında birgə şəkildə layihələrin icra edilməsi üçün yaxşı şərait mövcuddur.

Bu mərasimdə həmçinin, İran İslam İnqilabının qələbə çalmasından sonra İran İslam Respublikasının əldə etdiyi uğurlar haqda bir film də nümayiş etdirilib.

 

Şərh yaz


Məxfi kod
Yenilə