Bazar ertəsi, 11 Oktyabr 2021 12:10

Səadətli həyat, şəhidlərin ölümü, həsrət günündən nicat, yandıran günün kölgəsi, yolunu azmaq günündə hidayət – buradadır

Səadətli həyat, şəhidlərin ölümü, həsrət günündən nicat, yandıran günün kölgəsi, yolunu azmaq günündə hidayət – buradadır

Həzrət Peyğəmbər (s) buyurur: “O evdə ki, çoxlu Quran oxunular – xeyri çox olar. Əhlinə bərəkət verilər və səma əhli üçün parlayar, necə ki, səma ulduzları yer əhli üçün parlayar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Sizlərin ən üstünü o kəsdir ki, Quranı öyrənər və onu öyrədər”.

 

Peyğəmbərimiz (s) buyurur: “... Quran oxumaqdan qafil olma! Çünki Quran ölmüş qəlbi dirildər və çirkinlikdən uzaq saxlayar”.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Əgər səadətli həyat, şəhidlərin ölümünü, həsrət günündən nicatı, yandıran günün kölgəsini, yolunu azmaq günündə hidayəti istəyirsinizsə – Quranı əzbərləyin ki, o, mehriban Allahın sözüdür. Şeytan qarşısında qalxan və əməl tərəzisinin ağırlığıdır”.

 

Peyğəmbərimiz (s) buyurur: “Ən doğru söz, anlamlı nəsihət və gözəl hekayələr – Allahın Kitabıdır”.

Həzrət Rəsulallah (s) buyurur: “Hər kim Allah razılığını əldə etmək və dində agah olmaq üçün Quranı öyrənərsə, onun üçün bunun savabı – bütün peyğəmbərlərə, rəsullara və mələklərə verilən hər şeyin savabı kimidir”.

 

İmam Əli (ə) buyurur: “Allah Kitabına müraciət edin. Hər kim ona əməl edərsə, (yaxşı işlərdə) hamını qabaqlayar”.

Əmirəlmöminin İmam Əli (ə) buyurur: “Agah olun ki, gələcəyin elmi, keçmiş xəbərlər, dərdlərinizin dərmanı və sizin aranızda olan nəzm – Qurandadır”.

 

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Həqiqətən, Quranın zahiri – gözəl, batini – dərindir və qəribəliklərinin sonu yoxdur. Onda gizli olan sirlər bitməz və cəhalətin zülməti ancaq onun vasitəsilə aradan qalxar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim həqiqəti Quran vasitəsilə tanımazsa, fitnələrdən uzaq ola bilməz”. (Beytutə)

Peyğəmbərimiz (s) buyurur: “Ən üstün söz – Allahın Kitabı, ən üstün yol – Peyğəmbərin (s) yolu və ən pis əməl – bunlar barədə bidətdir”.

Bu kateqoriyada daha ətraflı: « Ərbəin ziyarətnaməsi

Şərh yaz


Məxfi kod
Yenilə