Bazar, 24 Fevral 2019 12:36

Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi

Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi

İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”.

O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، 

 

O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.

 

Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””.

 

İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”.

 

Nəql edilir ki, Siffeyn döyüşündə də bu duanı oxuyurdu.

 

Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”.

 

Həzrət Əli (ə) buyurur: “Allahın əzəmətli adı və tövhidin sütunudur”.

 

Sonra bu ayəni tilavət etdi:

شهد اللّه‏ أنّه لا إله إلاّ هو

 

Atdan düşüb dörd rükət namaz qıldı”. (Tebyan)

 

Şərh yaz


Məxfi kod
Yenilə