Çərşənbə, 02 Yanvar 2019 14:04

Niyə Allah Öz dinini İslam adlandırmışdır?

Niyə Allah Öz dinini İslam adlandırmışdır?

Qurani-Kərim buyurur: “Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19).

 

 

 

Bu ayəyə ilk nəzər salan zaman insana elə gələ bilər ki, Allah başqa dinləri sual altına almışdır. Ancaq əgər bu ayəni daha diqqətlə oxusaq və onun haqqında təfəkkür etsək, görərik ki, bu ayə heç də başqa dinləri inkar etmir. Buyurur ki, İslam dini də başqa dinlər kimi cəza və savab dinidir. Bu dinin özünəməxsus qanun və qaydaları vardır.

 

 

 

İnsanlar onların vasitəsilə Allaha yaxınlaşıb, iki dünya səadətinə çata bilər.

 

 

 

“İslam” sözünün mənası “təslim” deməkdir. Ona görə də İslam dini dedikdə, yəni, Allaha təslim olmaq nəzərdə tutulur.

 

Əslində bütün dinlərin hədəfi məhz təslim olmuşdur. Ona görə də başqa dinlərin davamçılarını da müsəlman adlandırmaq olar, baxmayaraq ki, zahirdə yəhudi və ya xristian adlandırılsalar da.

 

 

 

Hər bir dində olduğu kimi, İslam dini də üç əsas üzərində qurulmuşdur:

 

1. Əqaid.

 

2. Əxlaq.

 

3. Əhkam.

 

 

 

Əqaid və əxlaq mövzuları bütün dinlərdə bir-birinə bənzəyir. Aralarındakı fərq ancaq əhkam mövzularına görə olur. Namaz, oruc, zəkat, infaq kimi ibadətlər ancaq İslam dininə aid deyildir.

 

 

 

Misal üçün, Həzrət İsanın (ə) gətirdiyi dində namaz xüsusi əhəmiyyətə malikdir. Allah namazı İsaya (ə) dünyaya gəldiyi ilk gündən tövsiyə etmişdir. İsanın (ə) doğumdan sonra ilk sözləri də məhz namaz haqqında olmuşdur.

 

 

 

Ona görə də deyə bilərik ki, İslam dinində vacib buyurulan ibadətlərin əksər hissəsi başqa dinlərdə də olmuşdur. Sadəcə aralarında kəmiyyət və keyfiyyət fərqi vardır. (Tebyan)

 

 

 

O zaman ki, İslam dini Ərəbistan yarmadasında bir günəş kimi parlamağa başladı, bütün müsəlmanlar Qiyamətə qədər bu dinə təslim olmağa vəzifələndirildilər. İslam dinini ən üstün din kimi qəbul edib, onun vacibatlarını yerinə yetirməyə mükəlləfdirlər. Çünki ancaq İslam dini onları həm bu dünyanın və həm də axirətin səadətinə çatdıra bilər.

 

Şərh yaz


Məxfi kod
Yenilə