Bazar ertəsi, 01 Yanvar 2018 12:05

Qurani-Kərimin təfsirinə nə üçün ehtiyac vardır?

Qurani-Kərimin təfsirinə nə üçün ehtiyac vardır?

Qurani-Kərim – Uca Allahın nurani kəlamı olub, insanları doğru yola hidayət etmək üçün nazil olmuşdur. Quranın ayə və surələrini dərk etmək və ondan daha çox bəhrə aparmaq üçün Quran, Məsumlar (ə) və din alimləri tərəfindən şərh edilir ki, bu şərhə təfsir deyilir. Əllamə Təbatəbai buyurur: “Təfsir – Qurani-Kərim ayələrinin mənasını aydınlatmaqdan və məqsədini kəşf etməkdən ibarətdir”. (Beytutə)

 

Bəs Quran təfsirinə nə üçün ehtiyac vardır?

 

1. Bəşərin lazımi biliyə malik olmaması. Təfsir elminə ehtiyacın olmasının səbəblərindən biri budur ki, bəşər elmi bu sahədə zəifdir. Hər kəs Quran ayələrinin mənasını dərk edə bilmir ki, bu da təfsir elmini zəruri edir.

 

2. Maarifin çox və sözlərin məhdud olması. Qurani-Kərim bir mövzunu bəyan edən zaman çox az, ancaq dərin mənaya malik olan sözlərdən istifadə etmişdir. Həmçinin həcminin kiçik olmasına baxmayaraq, bəşərin ehtiyacı olan bütün maarifləri özündə cəm etmişdir. Ona görə də bu maarifi üzə çıxartmaq üçün təfsirə ehtiyac vardır.

 

3. Dərin mənalar bəyan edilir ki, dərk etmək çətindir. Quran bəzən elə mövzulardan bəhs edir ki, biz bəşərin onu dərk etməsi çox çətindir. Onu hər kəs dərk edə bilmir. Bu ayələrin məqsədini başa düşmək üçün din sahəsində yüksək elmə malik olmaq lazımdır ki, o, da təfsir vasitəsilə bizlərə bəyan edilir.

 

4. Mövzunun paylaşmış olması. Qurani-Kərimin xüsusiyyətlərindən biri budur ki, mövzuları bəndləşdirilməmişdir, müəyyən mənada paylaşmışdır. Yəni, bir mövzu haqqında ancaq bir surədə söz açılmamışdır, müxtəlif surələrdə də həmin mövzu bəyan edilmişdir.

 

5. Zamanın dəyişməsi təfsirə təsir edir. Bəşər, elmi və idrak cəhətdən günü-gündən inkişaf etməkdədir. Ona görə də təfsir elmi də bu təsir altına düşür. Bəşərin dərk səviyyəsi artdıqca, ayələrin məqsədini daha yaxşı başa düşür və anlayır. Ona görə də zaman keçdikcə, təfsirinn dəyişməyə və yenilənməyə ehtiyacı olur.

Bu kateqoriyada daha ətraflı: « Günahın iyrənc təcəssümü

Şərh yaz


Məxfi kod
Yenilə