Çərşənbə axşamı, 07 Noyabr 2017 14:07

Bu surəni namazlarda oxuyan Qiyamət günü Peyğəmbərin (s), şəhidlər və salehlərin yoldaşlarından olar – “Bələd” surəsinin fəzilətləri

Bu surəni namazlarda oxuyan Qiyamət günü Peyğəmbərin (s), şəhidlər və salehlərin yoldaşlarından olar – “Bələd” surəsinin fəzilətləri

 “Bələd” surəsi Quranın 90-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 20 ayəsi vardır.

Bu surənin fəziləti barəsində İmam Sadiq (ə) buyurur: “Hər kim vacib namazlarında “Bələd” surəsini oxuyar, dünyada saleh olmağı ilə məşhur olar, axirətdə Allahın yanında xüsusi məqamı ilə şöhrət tapar. Qiyamət günü Peyğəmbərin (s), şəhidlər və salehlərin yoldaşlarından olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Bələd” surəsini oxuyar, Allah onu Qiyamət günü Öz qəzəbindən amanda saxlayar”. (Tebyan)

Bu surənin bərəkətləri.

 

1. Körpənin amanda olması. Hər kim bu surəni yazar və və təzə dünyaya gələn körpənin boynundan asar, körpənin düçar olduğu şeylərdən ona aman verər. Uşağın çox ağlamasına da nicat verər.

 

2. Tənəffüs xəstəliklərinin yaxşılaşması. İmam Sadiq (ə) buyurur: “Əgər “Bələd” surəsi yazılmış su ilə inhalyasiya etsə və burnu ilə yuxarı çəksə, tənəffüs yollarının ağrıları yaxşılaşar”.

Şərh yaz


Məxfi kod
Yenilə