Şənbə, 19 Avqust 2017 11:17

Bu surəni özü ilə gəzdirən bütün dərdlərdən əlac tapar – “Bəqərə” surəsinin fəzilətləri

Bu surəni özü ilə gəzdirən bütün dərdlərdən əlac tapar – “Bəqərə” surəsinin fəzilətləri

“Bəqərə” surəsi Quranın ikinci surəsi və ən böyük surəsi olaraq, 286 ayəyə malikdir.

Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Allahın salavatı “Bəqərə” surəsinin qarisinə olsun! Allah yolunda bir il gözətçiliyin savabı ona əta olunar”.

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, hansı surə daha üstündür? Həzrət (s) buyurur: “”Bəqərə” surəsi. Sual verirlər ki, bəs bu surənin hansı ayəsi daha üstündür? Buyurur: “Ayətül-kürsü”.

 

Bu surənin üstün olmasının səbəbi əhatəli olmasındadır. Ayətül-kürsünün üstün olmasının səbəbi isə xüsusi tövhid məzmununa malik olmasındadır. (Beytutə saytı)

İmam Səccad (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Hər kim “Bəqərə” surəsinin ilk dörd ayəsini, Ayətül-kürsünü və ondan sonrakı iki ayəni və surənin son üç ayəsini oxuyarsa, mal və canında narahatlıq və pislik görməz. Lənətlik şeytan ona yaxın olmaz və Quranı unutmaz”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kim “Bəqərə” və “Ali-İmran” surəsini oxuyar, Qiyamət günü bu iki surə ona kölgə salarlar”.

Əmirəl-möminin (ə) buyurur: “Əgər bilsələr ki, bu ayənin (“Ayətül-kürsü”) nə qədər əhəmiyyəti vardır, heç bir halda onu tərk etməzdilər”.

 

İmam Sadiq (ə) buyurur: “Əgər bu surəni yazsanız və özünüzlə gəzdirsəniz – bütün dərdlər aradan gedər, əgər qızdırmalı insana bağlasanız – qızdırması aradan gedər. Əgər uşağa bağlasanız – süddən asanlıqla ayrılar”.

 

İmam Sadiq (ə) buyurur: “Əgər bu surəni yeddi dəfə dəliyə oxusalar və ya yazıb boynundan assalar – şəfa tapar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir şeyin qalası vardır, Quranın qalası – “Bəqərə” surəsidir. Elə ki, evlərdə oxunar, əgər gündüz olarsa şeytan üç gün o evə daxil olmaz, əgər gecə olarsa üç gecə şeytanın o evə daxil olmasından amanda olarlar”.

 

İmam Əli (ə) buyurur: “Əgər kiminsə gözü ağrıyarsa, kamil etiqadla Ayətül-kürsünü oxuyarsa – əlbəttə şəfa tapar”.

 

Ayətullah Kəşmiri buyurur: “”Bəqərə” surəsini oxumağın ruziyə təsiri vardır”.

 

/Deyerler.org/

 

Şərh yaz


Məxfi kod
Yenilə