Bazar, 05 Mart 2017 12:47

Bu surəni oxuyan üçün Qiyamət gününün hesabı asanlaşar – “Ğaşiyə” surəsinin fəzilətləri

Bu surəni oxuyan üçün Qiyamət gününün hesabı asanlaşar – “Ğaşiyə” surəsinin fəzilətləri

Ğaşiyə” surəsi Quranın 88-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 26 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ğaşiyə” surəsini oxuyar, Allah Qiyamət gününün hesab çəkilməsində ona asanlıq edər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim vacib və ya müstəhəb namazlarında “Ğaşiyə” surəsini oxuyar və bu işi davamlı edər – Allah Öz rəhməti ilə dünya və axirətini örtər. Qiyamət günü atəşin ağrılı əzabından aman verər”.

Bu surənin bərəkətləri.

1. Ağrını sakitləşdirər. İmam Sadiq (ə) buyurur: “Hər kim “Ğaşiyə” surəni ağrıyan dişinə oxuyarsa, Allahın izni ilə ağrısı sakitləşər. Əgər yeməyə oxunarsa, ziyanlarından amanda olar”.

2. Ziyanı dəf edər. Əgər yeməyə oxunarsa ziyanı ona dəyməz.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎