Bazar, 01 Yanvar 2017 10:10

Nəfsi islah etməklə bağlı Ayətullah Behcətin tövsiyələri

Nəfsi islah etməklə bağlı Ayətullah Behcətin tövsiyələri

Ayətullah Behcətin nəfsi islah emtəklə bağlı cavanlara bəzi tövsiyələri vardır ki, onlara nəzər salaq.

“Nəfsi islah etmək odur ki, onu napak sifətlərdən təmizləyəsən. İnsanların nəfslərini islah etməsi fərqlidir. O kəs ki, İslam dinində deyildir, ilk görəcəyi iş – İslam dinini qəbul etməkdir. Möminlər üçün isə ilk addım – nəfsini tənbeh etmək və nəfsini pak etməli olduğundan agah olmaqdır. Allahı, məadı və axirət gününü yada salmaq bu tənbehi daha da şiddətləndirər.

İkinci mərhələ – tövbə mərhələsidir. İnsan tövbə edərək etdiyi xataları aradan qaldırmağa çalışar. Tövbə edən insan vacibatları yerinə yetirməyə və haramları tərk etməyə səy göstərər. Əgər bu yolda əzmli və ciddi olsaq, Allah bizə yeni elmlər əta edər. Bu yolla Allah yolunda inkişaf edər və təkamülə çatarıq.

Bəzi mərhələlər vardır ki, mömin əgər onları keçərsə, rəzil sifətlərdən xilas ola bilər:

 

1. Təfəkkür. Nəfslə mübarizə aparmağın ilk şərti – təfəkkürdür. Yəni, hər gün ən azı bir neçə dəqiqə əyləşib fikirləşsin ki, Allah onu bu dünyaya gətirmişdir və ona lazım olan hər şeyi ixtiyarına vermişdir, bəs bizim bu qədər lütf qarşısında vəzifəmiz nədir? Əgər aqil insan düşünsə, Allahın biz insanlardan nə istədiyini dərk edər.

 

2. Əzm. İnsan günahı tərk etməyə əzm göstərməlidir. Çünki elə bir yola qədəm basmışdır ki, çətinliklərlə doludur, səbir və əzm olmadan irəli getmək olmaz.

 

3. Mühasibə. İmam Kazım (ə) buyurur: “Hər kəs hər gün bir dəfə öz əməllərini mühasibə etməzsə, bizdən deyildir”.

 

4. Rəzil sifətləri müalicə etmək. Əxlaq alimlərinin rəzil əxlaqi sifətləri aradan qaldırmaq üçün tövsiyə etdikləri müalicə odur ki, malik olduğumuz hər bir çirkin sifətə diqqət edək və bir müddət onun əksinə əməl edək. Eyni zamanda Allahdan istəyək ki, bu rəzil sifəti aradan qaldırmaq üçün bizə yardım etsin.

5. Müəllim. Nəfsi islah etmək üçün insanın yaxşı bir proqrama və müəllimə ehtiyacı vardır. İnsan gərək bu müəllimin moizələrini və nəsihətlərini eşitsin və onun buyurduqlarına əməl edərək, nəfsini islah etsin.

 

6. İlahi aylardan istifadə etsin. Özünü islah etmək üçün Allahın xüsusi aylarında, o cümlədən: Rəcəb, Şəban, Ramazan aylarında səy göstərsin. Bu aylar insanın özünü tərbiyə etməsi üçün ən yaxşı aylardır. Çünki bu aylarda Allahın rəhmət qapısı bəndələrinin üzünə açıq olar.

 

7. Yaxşı insanlarla yoldaş olmaq. İnsan gərək şər və ona ziyan vuran dostlarından uzaq dursun. Özü üçün yaxşı dostlar seçsin. Yaxşı dostla ünsiyyət qurmaq, onun əxlaqına və rəftarına təsir göstərər.

 

8. Dua və təvəssül. İnsan Allaha təvəssül etmədən və dua etmədən məqsədinə çata bilməz. Allahdan bu yolda yardım istəmək lazımdır və nə qədər aciz olduğunu etiraf etmək lazımdır. Allahdan istəyək ki, Məsumları (ə) şəfaətçimiz qərar versin və bizi büdrəmələrdən qorusun”. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎