Cümə axşamı, 19 Dekabr 2019 12:07

İnsan bu dünyaya səadətə çatmaq üçün gəlmişdir

İnsan bu dünyaya səadətə çatmaq üçün gəlmişdir

 

 

 

 

Ölüm və məadın insan həyatında əhəmiyyəti böyükdür. Ölüm – əbədiyyətə daxil olan darvazadır.

 

Əmirəl-möminin (ə) buyurmuşdur ki, insan qalmaq üçün xəlq olunmuşdur, fəna üçün deyil. Ölüm insanın həyatına son verməz. Əslində dünya həyatından bərzəxə və oradan da Qiyamət və axirətə daxil edər.

İnsanın həqiqi həyatı da məhz axirətdə başlanar. Bərzəx aləmi insanın dünya aləmindən axirət aləminə keçid yeridir.

 

İnsan dünyada olan zaman öz yaxşı və pis əməlləri ilə axirətdəki yerini müəyyən edər. Ölüm bütün insanlar üçün qətidir. Heç kəs ondan qaça bilməz. Ölən zaman biz əməllərimizin nəticəsini əldə edəcəyik.

Ona görə də gərək əməl və fikirlərimizə nəzarət edək və qafil olmayaq, çünki heç kəsin ölüm zamanı müəyyən deyildir.

 

İnsan bu dünyaya səadətə çatmaq üçün gəlmişdir. Behiştə və İlahi razılığa çatmaq – dünyada edilən saleh əməl, iman və təqva vasitəsilə olar. Axirət heç bir saleh əməlin yeri deyildir. Çünki ölən kimi insanın üzərində olan vəzifə və təkliflər götürülər.

 

Təkəbbür – insanı Allaha qarşı çıxmağa vadar edən xəbis sifətlərdəndir.

Şeytan (lən) Allaha təxminən 6 min il ibadət edir. Ancaq təkəbbürü sayəsində itaətsizlik edir və behiştdən qovulur.

 

Hələ ki, bu dünyadayıq – gərək nəfsi eyiblərimizi islah edək. O cümlədən: həsədi, təkəbbürü, tənbəlliyi, simicliyi... Əgər onları bu dünyada islah edə bilməsək, axirətdə cəhənnəm atəşi onları təmizləyəcəkdir.

 

İnsanın ən qatı düşməni – əmmarə nəfsidir. Ona ancaq pis işlər görməyi əmr edər. Əgər biz bu nəfsimizi kontrol edə bilməsək, şeytana (lən) məğlub olacağıq.

 

Allah Təala yalnız bu dünyada insana ixtiyar vermişdir. Axirətdə heç bir ixtiyar yoxdur.

Allah Təala dünyada olan zaman insanı çox sayda imtahana çəkər və əgər insan Allaha itaət edərsə, əmmarə nəfsinə qalib gəlmiş olar. Dünya və axirətdə səadətli olar.

Şərh yaz


Məxfi kod
Yenilə