Cümə axşamı, 17 Avqust 2017 12:00

Valideyn insandan razıdırsa, Allah da ondan razıdır

Valideyn insandan razıdırsa, Allah da ondan razıdır

Valideynə yaxşılıq və ya pislik etmək elə əməllərdəndir ki, dünya və axirətdə müsbət və mənfi təsirlərə malikdir. (Erfan)

İmam Sadiq (ə) buyurur: “O kəs ki, can verməyinin asan olmasını istəyir - sileyi-rəhm etsin və ata-anasına yaxşılıq etsin”.

İmam Baqir (ə) buyurur: “Ata-anaya yaxşılıq etmək ömrü uzadar”.

İslam təlimləri bizə göstəriş verir ki, ata və anamıza ehsan edək. Bu iş - əməli təlimdir ki, uşaqlarımız da bizdən öyrənərlər. İmam Sadiq (ə) buyurur: “Atanıza hörmət edin ki, övladınız da sizə yaxşılıq etsin”.

O zaman ki, insan öz ata və anasına hörmət edər, onları özündən razı edər, nəticəsi budur ki, Allah da ondan razı olar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allahın rizası - valideynin rizasındadır”.

İmam Sadiq (ə) buyurur: “Həzrət Musa (ə) Allahla münacat edirdi və bir nəfəri gördü ki, İlahi ərşin kölgəsindədir. Allaha sual verir ki, bu kimdir ki, Sənin ərşinin kölgəsində qərar tutur? Allah buyurur: “Bu, o kəsdir ki, ata və anasına yaxşılıq etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir nəfər Həzrət İsaya (ə) deyir: “Ey xeyir müəllimi! Mənə elə əmələ yol göstər ki, behiştə gedim”. Buyurur: “Aşkarda və gizlində İlahi təvqaya malik ol, ata və anana yaxşılıq et”.

Həzrət Peyğəmbər (s) buyurur: “Peyğəmbərlərlə ata və anasına yaxşılıq edənlər arasında bir dərəcə fasilə olar”.

Allah o kəsi ki, ata və anasının qəzəbinə səbəb olar, baxmayaraq ki, İlahi itaəti yerinə yetirsə belə, bağışlamaz. Deyər: “Hər nə istəyirsənsə et, Mən səni bağışlamıram”.

Həzrət Peyğəmbər (s) buyurur: “Dörd dəstə vardır ki, Allah Qiyamət günü onlara nəzər salmaz: 1. Ağvalideynlər. 2. Başqalarına minnət edənlər. 3. Qədəri inkar edənlər. 4. Şərabxorlar”.

İmam Sadiq (ə) buyurur: “Ağvalideyn behiştə daxil olmaz”.

Həzrət Musa (ə) Allaha buyurur: “Pərvərdigara! Filan şəhid dostum haradadır?”. Allah buyurur: “Cəhənnəmdə”. Musa (ə) deyir: “Allahım! Məgər Özün vədə verməmisən ki, şəhidləri behiştə aparacaqsan”. Allah buyurur: “Bəli, ancaq bu şəxs ağvalideyn olmağa təkid edirdi. Mən ağvalideyndən heç bir əməli qəbul etmirəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ağvalideyn olmaqdan çəkinin. Çünki behiştin iyi minillik yoldan hiss olunar. Ancaq ağvalideyn onu hiss etməz”.

İmam Sadiq (ə) buyurur: “Əgər insan ata və anasına zalımcasına nəzər salar, Allah namazını qəbul etməz”.

İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o kəs ki, ata və anasına vurar. Məlundur, məlundur o kəs ki, ağvalideyn olar”.

İmam Rza (ə) buyurur: “Allah ağvalideyn olmağı haram buyurmuşdur. Çünki ağvalideyn olmaq bais olar ki, İlahi itaət tofiqi ondan alınsın”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə günah vardır ki, Allah onların cəzasında tələsər. Onları axirətə saxlamaz. Onlardan biri də ağvalideyndir”.

Şərh yaz


Məxfi kod
Yenilə