Bazar ertəsi, 03 iyul 2017 13:18

Valideyn – Allahın lütfüdür

Valideyn – Allahın lütfüdür

Elə bir insan tapılmaz ki, valideynlərini sevməsin, onların qayğısına ehtiyacı olmasın. Onlar Allahın biz övladlara bəxş etdiyi nemət, biz isə onlara verilən hədiyyəyik. Bu günlərdə isə mənim valideynlərimdən birinin – atamın ad günüdür. Əslində çox sevinirəm, çünki bu gün mənim həyatımda olan əlamətdar günlərdən biridir. İstərdim ki, bir anlıq valideynlərimin yaşının neçə olduğunu unudum. Axı hamı kimi, mən də istəmərəm ki, onlar tez yaşa dolsun. Lakin bu həm də kamillik, təcrübə və müdriklik mənasına gəlir. Mən də buna çox sevinirəm.

Biz də valideynlərimizlə münasibətlərdə Əhli-Beytdən (ə) örnək götürməliyik. Xanım Fatimeyi-Zəhra və Həzrət Muhəmməd (s) peyğəmbər, Xanım Zeynəb (s.ə) və İmam Əli (ə) arasında olan münasibətlərə diqqət yetirib, onlar kimi davranmağa çalışmalıyıq. Əslində tək valideyn-övlad münasibətləri yox, hər bir sahədə Əhli-Beyt (ə) bizə nümunədir. Biz də bacardığımız qədər bu dəyərli imkandan istifadə etməliyik.

İnşaallah, Allah Təala Qiyamət günündə Əhli-Beytin (ə) şəfaətini bizlərə nəsib etsin.

 

Tomarova Nərmin

“Dəyərlər”in oxucusu, 14 yaş

Şərh yaz


Məxfi kod
Yenilə