Bazar, 11 June 2017 14:27

İstək edəndə, ən üstününü etmək gərək...

İstək edəndə, ən üstününü etmək gərək...

Xəbər otağında jurnalist olmağa hazırlaşan bir qrup gənc, müəllimin verdiyi tapşırığı yerinə yetirirdi. Onlar səhərdən işləyirdilər, naharı da ötürmüşdülər. Tapşırıq çətin idi, onu günün sonuna qədər təhvil verilməli idilər. Fasiləsiz olaraq çalışdıqlarından, çox yorulmuşdular.

Nəhayət, uşaqlardan biri yemək almaq üçün çıxmağa hazırlaşdı. O, yoldaşlarının yemək sifarişlərini götürdü. Bir neçə nəfərin yemək istəmədiyini gördükdə, otaqda xoş əhvali-ruhiyyə yaratmaq üçün olan fürsəti gördü.

- Bəlkə siz başqa bir şey istəyirsiniz? -  deyə o, yoldaşlarından soruşdu. Xüsusi bir şey... Çəkinməyin... Hər nə istəsəniz, gətirərəm, - o, zarafatla dedi.

Elə bil yoldaşları onun bu sözlərini gözləyirdilər, onlar dərhal cavab verdilər:

- Hər nə istəsək?

- Hər nə istəsəniz, - o, cəsarətlə dedi.

- Onda, mənə ev al, - onlardan biri həvəslə tapşırıq verdi.

O biri yoldaşı da bunu eşidib, öz istəyini bildirdi:

- Mənə də maşın al, - o, dedi.

Beləcə bütün uşaqlar istəklərini növbə ilə ərz etməyə başladılar.

Bir nəfər qələm və kağız götürüb, şövqlə istək siyahısını da belə, tutdu və ona uzatdı.

O, siyahını məhəbbətlə öpüb, gözləri üstə qoydu və tələsik yola düzəldi.

Bir az gedib, şirniyyat mağazasına çatdı. Buradan isti bulkalar, şirə aldı.

Sonra istəklər siyahısına göz atdı. Burada olan istəklərdən bəzisini almaq olardı, bəzisini isə almaq çətin idi. İstəklər içində şərəfli ölüm, qəbir əzabından qurtulmaq və cəhənnəm odundan azad olmaq da vardı.

O, bir az düşündü. Yaradıcı olmaq zamanı idi, yoxsa dostlarını məyus edəcəkdi.

O, bir uşaq mağazasına girdi.

Maşın, ev və yoldaşlarının istəklərinə uyğun olaraq digər oyuncaq əvəzləyicilər aldı.

Sonra bir vərəq götürüb, onu hissələrə ayırdı.

Üzərində cizma- qara etdi, sonra xəbər otağına doğru addımladı.

Geri dönəndə yoldaşlarının onu gözlədiyini gördü.

- Elə bildiniz dediklərinizi tapmayacağam? – o, gülümsəyərək soruşdu və hədiyyələri paylamağa başladı.

- Al, bu, sənin maşının, bu, sənin evin, bu, sənin günəşin, bu da qatarın...

- Biz belə deməmişdik! Yoldaşları səs- küy salmağa başladılar.

Onda o, bayaq hazırladığı kağız parçalarını onlara uzatdı.

Hər kəs burada yazılanları oxudu.

"İstəyiniz üçün ən üstün diləyinizi edin! O istəyinizi edin ki, o, həyata keçsə, bütün istəkləriniz çin olar" - kağızlarda yazılmışdı.

Bayaqdan zarafat edən gənclərin üzlərində birdən ciddilik hasil oldu.

Kimisi uzun müddət danışmadı, kimisinin isə əli əsdi, gözləri doldu.

Gənc "Ya Mehdi (ə.f)!" deyib, iş başına qayıtdı.

 

Ülviyyə Bədəl

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎