Cümə axşamı, 22 Dekabr 2016 11:53

Başımızın tacı kitab (Niyam Aqil)

Başımızın tacı kitab (Niyam Aqil)

Belə bir öməmli gecədə başa kitabı tac etmək gözəlliyi hansı dində, mədəniyyətdə əksini tapıb? Bu elə bütün yaxşı kitablara sayğının, dəyərin göstəricisi sayılmırmı?

 

 

Hər bir mədəniyyətin, dinin estetik tərəfi, cəzbediciliyi daha çox onun müxtəlif rituallarında yer alır. Əslində həm də bu rituallar, ayinlərdir dəyərləri, irsi nəsildən-nəsilə ötürən qüvvə.


Novruz ritualları ilə yaşayıb könüllərdə. Çərşənbə adət-ənənələri, bayarama hazırlıqlar, səmənisi, kosasıdır bu bayramı daha çox əziz edən, qoruyan, sevdirən, dirçəldən.

Həcc başdanbaşa İbrahimin, İsmayılın, Hacərin əhvalatlarını yada salan rituallardan, ayinlərdən ibarət. Əgər quru söz və ibarələrdən ibarət olsaydı bu ibadət indiki təmtarağı, əzəməti olmazdı, çəkməzdi milyonlarla insanı özünə sarı.

Namaz əgər bir-iki sözdən ibarət olsaydı, bəlli forması, qaydası olmasaydı "Tac Mahal", "Sultan Əhməd" məscidləri olmazdı, minlərlə digər ibadət yerlərindəki münarələr göyə boy qaldırmazdı.

Mən formallığı önə çəkib, məzmunu, mətni kölgəyə çəkmək istəmirəm, əsla, amma bunun ciddi bir stimulverici qüvvə olmasını yada salmaq istəyirəm.

Qədr gecələrinin də ən ritual hissəsi Qurani-Kərimi başa qoymaqdı. Quran həm də bir kitabdı, ilk nazil olan ayəsi "Oxu!" ilə başlayan bir kitab. Qədr gecəsi deyəndə ilk yada düşən də bu ayin olur: minlərlə insanın müqəddəs kitabını başa qoyub, gözündən yanaqlarına süzülən ülvi göz yaşları ilə əllərini Allah dərgahına açması.

Qədr ilin ən həssas gecəsidir,
min aydan üstün gecədir.
Qədr qəti qərar gecəsidir,
Qədr mələklərlə bərabər zamanın imamının başına dolanmaq gecəsidir,
Qədr islah olmaq istədiyimizi, amma bacarmadığımızı dilə gətirmək gecəsidir,
Qədr bəndənin öz qədrini bildiyi gecədir,
Qədr mələklərin ətri duyulan gecədir,
Qədr Allahın əlimizdən tutub, uca zirvələrə qaldırdığı gecədir,
Qədr İmam Məhdinin gecəsidir, onunla beyət gecəsidir,
Qədr bütün duaların, İmam Mehdiyə həsr olunduğu gecədir,
Qədr görüş gecəsidir - Allahla, imamla...
Qədr tövbə gecəsidir, nüdbə gecəsidir, istiğfar gecəsidir,
Qədr zülmət gecədə xoşbəxtliyin, səadətin ağartısının parladığı gecədir,
Qədr qədirdanlıq gecəsidir,
Qədr gecələrin gecəsidir...

Belə bir öməmli gecədə başa kitabı tac etmək gözəlliyi hansı dində, mədəniyyətdə əksini tapıb? Bu elə bütün yaxşı kitablara sayğının, dəyərin göstəricisi sayılmırmı?

Bənzərsizdir, deyilmi?

Kimlərinsə bu əməlin hədis qaynağı barədə müəyyən şübhələr yaratmaq istəyi cəhdlərinə rəğmən, bu sahənin uzmanlarının fikirləri xoş bir əminlik yaradır.

Bu sırada Əllamə Məclisinin, Seyid ibn Tavusun, Şeyx Abbas Quminin adları güvən yerimiz.

Əllamə İmam Cəfər ibn Məhəmməd Sadiqə istinadla bu ayini "Zadul-Məadda" qeyd edib. Şeyx Abbas Qumi də "Məfatihul-cinan" kitabında qədr gecəsi əməlləri arasında bunu yazıb.

Əllamə Məclisi "Zadul-məad" kitabı haqqında yazır: "Bu ktabda ilin əməllərini, şərəfli gün və gecələrin fəzilətlərini və onların əməllərini səhih və mötəbər sənədlərlə qeyd etmək qərarına gəldim".

Seyid İbn Tavus "Əl-Mizmar" kitabında uzunçuluq olmasın deyə, qədr gecəsinin bu əməlinin qaynağını göstərməsə də "İğasətud-dai" kitabında silsilə sənədini qeyd edib.

"Dostlar xahiş etdilər ki, mən o kitabın ("Miftahul-cinan" kitabını nəzərdə tutur) sənədi (tutarlı qaynağı) olan dualarını saxlayıb, öz nəzərimə əsasən, tutarlı qaynağı olmayan duaları qeyd etməyim və həmçinin o kitabda olmayan mötəbər dua və ziyarətləri ələvə edim", - bu isə Şeyx Abbas Quminin "Məfatihul-cinan" kitabı haqqında fikirləridir.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎