Bazar ertəsi, 12 Dekabr 2016 11:06

İnsan nə üçün yalan danışır?

İnsan nə üçün yalan danışır?

Hər bir insan fitri olaraq yalançı deyildir. O, yalanı ailəsindən, dostlarından, məktəbdən, cəmiyyətdən öyrənir. Bu pis əməl get-gedə adətə çevrilir və insanın bütün varlığını əhatə edir. Yalan danışan insanlar həm zəminə və səbəb, həm də şiddət və zəif baxımından bir-biri ilə fərqlənirlər. (İslami saytlara istinadən)

Dinimiz yalan danışmağı şox pisləyir. İmam Əli (ə) buyurub: «Sözün bəlası – yalan danışmaqdır».

İmam Əli (ə) yenə buyurub: «Bəndə istər doğru, istərsə də zarafat ilə yalan deməyi tərk etməyincə, imanın tamını dadmaz».

Əskər hallarda insanın yalan danışmasına şərait yaradan amillər bunlardır:

1. Münasib olmayan örnəklər. Uşaqların, yeniyetmə və cavanların yalan danışmasına şərait yaradan ən mühüm amillərdən biri – münasib olmayan örnəklərin olmasıdır. Əgər ailə üzvləri bir-birinə davamlı olaraq yalanlar deyirsə, uşaq yalanı valideyndən öyrənir və onun tərbiyəsinə və şəxsiyyətinin formalaşmasına böyük təsirlər qoyur.

2. Həqarət hissi. İnsanı yalan danışmağa vadar edən amillərdən biri də həqarət hissi və şəxsiyyətin zəif olmasıdır. O insanlar ki, cəmiyyətdə özlərinə yer tapa bilmirlər və istədikləri məqamı əldə edə bilmirlər, özlərini həqir görürlər. Ona görə də çalışırlar ki, nəyin bahasına olursa-olsun, başqalarının diqqətini özlərinə cəlb edə bilsinlər.

3. Ödənməyən ehtiyaclar. Psixoloqların nəzərinə görə, yalan danışmağa səbəb olan amillərdən biri – insanın ödənməyən ehtiyaclarıdır. Hər nə qədər insan öz ehtiyaclarını ödəyə bilməzsə, o zaman çatışmazlıq hissi daha da yüksələr. Bu insan ehtiyaclarını təbii halda ödəyə bilmədiyinə görə, çalışar ki, onları yalan vasitəsilə ödəsin.

4. Cəzadan qorxmaq. Uşaqların və yeniyetmələrin yalan danışmasına səbəb olan əsil amil – cəzalanmaqdan qorxmaqdır. Böyüyən zaman isə başa düşər ki, əgər hər bir yerdə doğru danışsa, ictimai mövqeyini əldən verə bilər. Ona görə də yalana əl atar.

5. Ağılın zəif olması. İnsanların yalan danışması ağıllarının zəif olmasının nişanəsidir. Çünki əgər aqil olsaydı, yalanın gətirdiyi bəlalara diqqət edər və heç bir zaman yalan danışmazdı.

Şərh yaz


Məxfi kod
Yenilə