Bazar ertəsi, 10 Oktyabr 2016 13:46

Faydasız elm, faydalı elm və xeyir-ziyanı olmayan elm

Faydasız elm, faydalı elm və xeyir-ziyanı olmayan elm

Qurani-Kərim buyurur ki, insan bəzi şeyləri bilməsə, onun üçün daha yaxşıdır. “Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın”. (“Maidə” 101).

Elmin məqamı o qədər əzəmətlidir ki, Allah Təala Quranda Həzrət Peyğəmbərə (s) buyurur: “De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsl ağıl sahibləri ibrət götürərlər”. (“Zumər” 9).

Həzrət Peyğəmbər (s) buyurur: “Elm öyrənmək hər bir müsəlmana vacibdir. Həqiqətən, Allah elm istəyənləri sevir”.

Quran və hədislərin nəzərinə görə elm vasitədir, nəinki hədəf. İnsanı kamala çatdıran vasitədir. Dünya və axirəti abad edər. (Erfan)

Dinimizin əhəmiyyət verdiyi elm – o elmdir ki, Allahı tanımaq və Onun razılığını əldə etmək yolunda olar. Bu elm başqa elmlərdən daha şərəflidir. Hər bir elm dəyərlidir, ancaq Allaha aid olan elmlərin dəyəri hamısından daha yüksəkdir.

Quran insana elm öyrənməyi əmr etməklə yanaşı, buyurur ki, bəzi şeylər vardır ki, insan onları bilməsə daha yaxşıdır. Misal üçün əgər ölkədə qıtlıqdırsa və hökumət elan etsə ki, anbarlardakı buğda qurtarmaq üzrədir, insanlar çox narahat olarlar. Bu zaman hökumət belə elan vermək yerinə çarə düşünsə, daha faydalı olar. Bu elm insanlar üçün heç də faydalı elm deyildir.

Quran elmi üç hissəyə bölür: 1. Faydalı olan elm. 2. Ziyanlı olan elm. 3. O elm ki, nə faydalıdır və nə də ziyanlıdır.

Quran faydalı elm haqqında buyurur: “Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»”. (“Kəhf” 66).

Qurani-Kərim ziyanlı elm haqqında buyurur: “Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər”. (“Bəqərə” 102).

O elm ki, nə faydalıdır və nə də ziyanlıdır, Quran bu haqda buyurur: “Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir». Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir». Dəlili olmayan söz!”. (“Kəhf” 22).

İslam dininin nəzərinə görə fayda gətirməyən elmin dəyəri olmaz. İmam Əli (ə) buyurur: “Fayda gətirməyən elmdə xeyir olmaz”.

Bir gün Həzrət Peyğəmbər (s) məscidə gəlir və bir dəstə insanı görür ki, bir kişinin ətrafına toplaşıblar. Soruşur ki, bu kimdir? Deyirlər ki, əllamədir. Soruşur ki, hansı şeydə əllamədir? Deyirlər ki, ərəbin hadisələrinə görə daha bilikli insandır. Hamıdan daha çox cahiliyyətin mühüm günlərindən və şeirlərindən agahdır. Həzrət Peyğəmbər (s) buyurur: “Bunu əgər kimsə bilməsə, ziyan etməz. O kəs ki, bilər – fayda aparmaz”.

Beləliklə deyə bilərik ki, Allah və dinlə bağlı olan elmlər – ən şərəfli və ən faydalı elmlər hesab olunur. Dini olmayan elmlər də faydalı ola bilir. “Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır”. (“Nəcm” 30).

Bir insan kimya elmini elə öyrənə bilər ki, Allahı tanıyar. Halbuki, dini kitabları öyrənməklə Allahı belə tanıya bilməzdi. Elmlərin bir çoxu insanlara xidmət etmək yolunda fəaliyyət göstərər. O kəs ki, insanlara yardım etmək üçün bu elmləri öyrənər, bəyənilən əməl yerinə yetirmiş olar.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎