Cümə axşamı, 03 Mart 2016 10:14

Günahın ağıla, qəlbə və cəmiyyətə vurduğu ziyanlar

Günahın ağıla, qəlbə və cəmiyyətə vurduğu ziyanlar

Günah o əməllərdəndir ki, insanın ürəyini qaraldar, ağılını zəiflədər və cəmiyyət içindəki etibarını aradan aparar.

Günahın fərdi təsirləri.

Ağıl qüvvəsinin zəifləməsi. Hər bir insanın ağıl qüvvəsi sabit deyildir. Yerinə yetirdiyi əməllərdən asılıdır. Günah o əməllərdəndir ki, ağıl qüvvəsinin zəifləməsinə səbəb olar. Çünki insanın ağlı nur cinsindəndir. Günah zülmət yaradar və bu ikisi bir yerdə cəm olmaz. Həzrə Peyğəmbərdən (s) nəql edilir ki, buyurur: “Günahın məstliyindən çəkin, çünki günah üçün də şərab dəliliyi kimi dəlilik vardır. Bəlkə dəliliyi daha şiddətlidir”. O kəsin ki, ağıl qüvvəsi zəifləyər, hər bir xeyir ondan uzaqlaşar və xata işlətməyə hazır olar. Çünki ancaq ağılla hər bir xeyir əldə olunar. (Tebyan)

Hafizənin aradan getməsi. Bütün insanlar hafizə cəhətdən eyni deyildirlər. İnsanın etdiyi əməllərin hafizəsinə də təsiri vardır. Əhli-beytin (ə) buyurduğu kimi günah hafizənin aradan getməsinə səbəb olar. İbni Məsud Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub:“Günahdan çəkinin. Çünki günah xeyirləri aradan aparandır. O zaman ki, bəndə günah edər, onu yerinə yetirmək vasitəsilə öyrəndiyi elmi unudar”.

Qəlb qəsavəti. İnsanın səadətli olmasında böyük rola malik olan amillərdən biri də qəlbin həssas və pak olmasıdır. Əgər insanın qəlbini qəsavət basarsa, nurani və lətif mövzulara görə təsirlənməz. Ona görə də o mövzular ki, başqalarının inkişaf etməsinə səbəb olar, onun tərəqqi etməsində təsirli olmaz. İnsan yumşaq və şəffaf qəlblə dünyaya gələr. Ancaq özü onun qəsavətli olmasına səbəb olar. Günah qəlbi qəsavətə bürüyər. “Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar)paslandırmışdır”. (“Mutəffifin” 14).

İnsan hər nə qədər çox günah edərsə və bu günahına görə tövbə etməzsə, qəlbi daha çox qaralar və qəsavət bağlayar.

Nemətin aradan getməsi. Günahın insan həyatına vurduğu ziyanlardan biri də nemətin aradan getməsidir. Bəzi İlahi nemətlər günah etməməkdən və itaət etməkdən çox asılıdır. Quranda buyurulur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (“Əraf” 96).

Əmirəl-möminin (ə) buyurur: “Allaha and olsun ki, heç bir millət həyatın naz və nemətinin ağuşundan götürülməmişdir, məgər düçar olduğu günahlara görə. Çünki Allah heç bir zaman bəndələrinə zülmü rəva bilməz”.

Bəlanın nazil olması. Bu dünyada baş verən hər bir hadisənin səbəbi vardır. O cümlədən bəla və müsibətlərin də. Əgər insanlar Allah bəndəliyinə tərəf qədəm bassalar, bir çox müşkil və çətinliklərdən amanda olarlar. Ancaq günah edərlərsə, İlahi bəlaya düçar olarlar.“Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30).

Əhli-Beytin (ə) nəzərinə görə də o zaman ki, cəmiyyətdə günah artar, həmin cəmiyyət bəlaya düçar olar. Bu günahlardan biri də zinadır. Zina - zəlzələlərin çoxalmasına səbəb olan günahlardandır. Hədislər buyurur ki, insan hər nə qədər yeni günah edərsə, yeni bəlalarla üzləşər.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎