Çərşənbə, 30 Dekabr 2015 12:15

Şəxsiyyətli insan olmaq üçün atılmalı 5 addım

Şəxsiyyətli insan olmaq üçün atılmalı 5 addım

Necə rəftar edək ki, başqaları sözümüzə inansın və biz də şəxsiyyətli bir insan olaq?

İnsanın əxlaqı – onun başqaları ilə rabitəsinə təsir qoyan ən mühüm amillərdən biridir. Əgər batini səfalı və əxlaqı gözəl olarsa, o dərəcədə insanlar tərəfindən qəbul edilər və o dərəcədə başqaları ona ehtiran göstərər. (Tebyan)

İmam Həsən Müctəba (ə) buyurur: “Əgər qəbilə və qohumlarının arasında əziz olmaq istəyirsənsə, günah zillətindən xaric ol və Ona itaət izzətindən daxil ol”. Əgər insan Allah bəndəliyi yoluna qədəm basarsa, təqva nuru və İlahi mərifəti ürəkləri aydınladar və kök salar. Belə halda əgər insanlarla gözəl əxlaqlı və mehriban olsan və yersiz kobudluqlar etməsən, səbirli olsan, etidal həddi qorusan – insanların nəzərində mütləq vüqarlı və şəxsiyyətli görünərsən.

Ancaq əsl problem oradadır ki, bir çoxlarımız bu hörməti saxta yollarla əldə etmək istəyirik. Mənəvi paklığa və batinə nura malik olmadan istəyirik ki, başqaları bizi böyük saysın və bizə hörmət etsin. Bu hal qalıcı olmaz və insan bu yolla bir yerə gedib çıxmaz. Biz gərək çalışaq ki, təqva, saleh əməl, həqiqi bəndəlik yolu ilə şəxsiyyət əldə edək və başqa bir tərəfdən isə insanlarla rəftarımızda mötədil olaq. Bu zaman onların qəlbinə daxil olar və sevgisinizi qazanarıq.

İctimai rabitələrin yaxşılaşması üçün hər bir insanın bəzi vəzifələri vardır. İnsan Allaha iman və ruhi fəzilətlərini gücləndirərək, cəmiyyətin hər bir təbəqəsi ilə ona uyğun rabitə qurmalıdır.

İmam Əli (ə) bu haqda buyurur: “Özünü özün və başqaları arasında tərəzi qərar ver. O şeyi ki, özün üçün istəyirsən – başqaları üçün də istə. O şeyi ki, özün üçün xoş bilmirsən – başqaları üçün də xoş bilmə. Kimsəyə zülm etmə, necə ki, sənə zülm edilməsini istəməzsən. Başqalarına yaxşılıq et necə ki, sənə o cür yaxşılıq edilməsini istəyərsən”.

Şəxsiyyətə malik olmağın 5 yolu ilə tanış olaq:

1. Başqalarına hörmət etmək. Hörmət etmək o deməkdir ki, onların haqqını tapdalamayaq, abırlarına, canlarına, mallarına hörmət edək. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən amandadırlar”. Yəni, danışan zaman və rəftar edən zaman heç kəsə ziyan vurmazlar.

2. Salam və hal-əhval tutmaq. Yaxşı olar ki, hər bir müsəlman din qardaşını görən zaman salam verərək onları sevindirsin və bu yolla ictimai rabitəni gücləndirsin.

3. Gözəl natiqlik. Biz başqaları ilə danışan zaman iki vəzifəyə malik oluruq: yaxşı söz danışmalıyıq və pis sözdən çəkinməliyik. İkincisi isə gözəl danışmalıyıq, yəni natiqliyimiz gözəl olmalıdır. Bəzən insan yaxşı söz demək istəyir, ancaq natiqliyi zəif olduğu üçün, onu olduğu kimi bəyan edə bilmir. Başqa bir tərəfdən hədislərimiz bizə tövsiyə edir ki, danışmazdan əvvəl təfəkkür et və sonra həmin sözü dilinə gətir.

4. Zarafat. Zarafat gülüşə səbəb olar və insanın ruhi yorğunluğunu aradan qaldırmağının ən yaxşı yoludur. Zarafat dostlar arasındakı rabitəni gücləndirər. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) gözəl zarafatın əhli olbular. Ancaq zarafatın qaydalarına əməl etmək lazımdır. Zarafat edən zaman qarşı tərəfi incitmək olmaz, qeybət etmək olmaz, həddi aşmaq olmaz, təhqirə çevrilməməlidir.

5. İctimai qaydalara riayət etmək. O cümlədən: pakizəlik, zahiri səliqə, böyüklərə hörmət etmək, nəzm və intizama riayət etmək, əhdə vəfa etmək, sirri saxlaya bilmək, sədaqət, mehribanlıq, güzəşt.

Bütün bu deyilənlər insan nüfuzunu yuxarı qaldırar.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎