Cümə axşamı, 06 Fevral 2020 09:35

ŞƏRİ SUALLARA CAVABLAR (Üç yol: Ehtiyat, ictihad, təqlid)

ŞƏRİ SUALLARA CAVABLAR (Üç yol: Ehtiyat, ictihad, təqlid)
Üç yol: Ehtiyat, ictihad, təqlid
 (böyük rəhbərin internet portal saytına istinadən )
Sual 1: Təqlid məsələsi sırf əqli məsələdir, yoxsa onun şəri dəlilləri də vardır?
Cavab: Təqlidin şəri dəlilləri vardır. Həmçinin əql də hökm edir ki, şəriətin hökmlərini bilməyən şəxs camiuş-şərait müctəhidə[1] müraciət etməlidir.

 

Sual 2: Sizin nəzərinizə görə ehtiyata əməl etmək[2] daha yaxşıdır, yoxsa təqlid etmək[3]?
Cavab: Ehtiyata əməl etmək ehtiyatın yerlərini və qaydasını bilməyə bağlı olduğuna görə, habelə, bu iş çox vaxt tələb etdiyinə görə yaxşısı budur ki, şəriət hökmlərində mükəlləf[4] camiuş-şərait müctəhidə təqlid etsin.

 

Sual 3: Şəriət hökmlərində ehtiyata əməl edərkən hansı hüdudlaradək fəqihlərin[5] fətvaları nəzərə alınır? Yəni keçmiş fəqihlərin fətvalarına da əməl etmək lazımdırmı?
Cavab: Şəriət hökmlərində ehtiyata əməl etmək dedikdə, bütün fiqhi ehtimallara riayət etmək nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə əmin olmalıdır.
 
Sual 4: Qızım tezliklə şəri vəzifə yaşına çatacaqdır və o, özünə mərcəyi-təqlid[6] seçməlidir. Amma təqlid məsələsini dərk etmək onun üçün çətindir. Onun qarşısında bizim üzərimizə düşən vəzifə nədir?
Cavab: Əgər o, bu barədə olan öz şəri vəzifəsini təklikdə müəyyən edə bilmirsə, sizin vəzifəniz onu yönəltməkdir.
 
Sual 5: “Əhkamın mövzularını müəyyən etmək mükəlləfin öz öhdəsindədir və müctəhidin vəzifəsi hökmü müəyyən etməkdir” fikri fəqihlər arasında məşhurdur. Amma bununla belə, müctəhidlər bir çox hallarda əhkamın mövzularının müəyyən edilməsində də fikir bildirirlər. Əhkamın mövzusu xüsusunda müctəhidin nəzərinə tabe olmaq vacibdirmi?
Cavab: Əhkamın mövzusunu müəyyən etmək mükəlləfin öz nəzərinə həvalə olunur və mövzunun müəyyən edilməsi xüsusunda müctəhidin nəzərinə tabe olmaq vacib deyildir. Əlbəttə, əgər müctəhidin nəzərinə qarşı mükəlləfdə əminlik yaranarsa, yaxud mövzu fiqh mənbələrindən əldə edilən mövzu olarsa, bu hallar istisnadır.
 
Sual 6: Əgər bir şəxs ona lazım olan şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq etsə, günahkardırmı?
Cavab: Əgər şəriət hökmlərini öyrənməmək vacib bir əməli tərk etmək və ya haram bir işi yerinə yetirməklə nəticələnərsə, günahkardır.
 
Sual 7: Bəzən şəriət hökmləri barəsində məlumatı az olan şəxslərdən hansı müctəhidə tədlid etdiyini soruşursan və onlar “bilmirəm” deyə cavab verirlər. Yaxud “filan müctəhidə təqlid edirəm” deyirlər, amma həmin müctəhidin risaləsini (“Şəriət hökmlərinin izahı” adlı kitabı) oxumur və nəticə etibarilə, həmin müctəhidin fətvalarına əməl etmirlər. Belə şəxslərin əməllərinin hökmü nədir?
Cavab: Onların yerinə yetirdikləri əməllər əgər ehtiyata müvafiqdirsə, yaxud həqiqətə müvafiqdirsə, yaxud da hal-hazırda təqlid etməli olduqları müctəhidin nəzərinə müvafiqdirsə, düzgün hesab olunur.
 
Sual 8: Bilirik ki, hansı məsələdə bir ə`ləm müctəhidin[7] nəzəri “ehtiyat-vacib”dirsə[8], həmin məsələdə ondan sonrakı ə`ləm müctəhidə müraciət edə bilərik. Əgər həmin məsələdə sonrakı ə`ləm müctəhidin də nəzəri “ehtiyat-vacib”dirsə, ondan sonrakı ə`ləm müctəhidə müraciət etmək olarmı? Əgər üçüncü müctəhidin də nəzəri əvvəlkilərlə eyni olarsa, ondan sonrakı ə`ləm müctəhidə müraciət etmək olarmı? Bu şəkildə davam etməyə icazə verilirmi? Xahiş edirəm, bu məsələni izah edəsiniz.
Cavab: Hansı məsələdə ə`ləm müctəhid fətva verməyibsə, həmin məsələdə nəzəri “ehtiyat” olmayan və birbaşa fətva verən müctəhidə, “əl-ə`ləm fəl-ə`ləm”[9] ardıcıllığına riayət edərək müraciət etməyin maneəsi yoxdur.

.

.

.

ardını indir

Şərh yaz


Məxfi kod
Yenilə