Bazar ertəsi, 07 Oktyabr 2019 13:51

İslamda Əxlaq 2 (Zarafatın mənfi cəhətləri)

Keçən bəhsdə zarafatın da müsbət cəhətləri bir qədər aydınlaşdırıldı. İndi isə onun mənfi təsirlərini bəyan edən hədisləri burada qeyd edirik.
Zarafat insanın şəxsiyyətini hörmətdən salır:
Peyğəmbər(s) Əmirəl-möminin(ə)-ə buyurdu:
«Ya Əli! Zarafatdan çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır.»(«Biharül-ənvar»: Beyrut nəşri: c-74/s-48.)
Həmran ibn Əyən deyir:
İmam Sadiq(ə)-in hüzurunda idim. O Həzrətdən xahiş etdim ki, mənə tövsiyə etsin. İmam Sadiq(ə) mənə təqvalı olmağı tövsiyə edəndən sonra buyurdu:
«....Zarafat etməkdən çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır, abrını aparır.»(«Vəsailüş-işə»: c-8/s-478.)
Başqa bir hədisdə o Həzrət birisinə buyurur:
«Sənə təqvalı olmağı tövsiyə edirəm. Məsləhət görürəm ki, zarafat etməyəsən, çünki zarafat sənin əzəmətini aradan aparır.»(«Müstədrəkül-vəsail»: II c/s-77.)
Peyğəmbər(s) buyurur:
«Həddindən artıq zarafat insanın abrını azaldır.»(«Əl-əmali» (Şeyx Səduq): səh.223 / hədis-4.)
İmam Sadiq(ə) buyurur:
«Zarafat etməyin, çünki zarafat insanın şəxsiyyətini alçaldır.»(«Vəsailüş-şiə»: VIII c/s-480,482 / hədis-1,7,10,12.)
Zarafatın pis nəticələrindən biri də budur ki, başqaları zarafat edən şəxsə qarşı cürətlənib ona hörmət qoymur. İmam Sadiq(ə) buyurur:
«İnsanların sənə qarşı cürətli olmamasını istəyirsənsə, zarafat etmə.»(«Vəsailüş-şiə»: VIII c/s-481 / hədis-6,11; «Üsul Kafi»: II c/s-665.)
Zarafat dava-dalaşa, ədavətə səbəb olur. Əmirəl-möminin(ə) buyurur:
«Zarafat etməyin, çünki zarafat dava-dalaşa, ədavətə səbəb olur. Zarafat kiçik söyüşdür.»(«Üsul Kafi»: II c/s-664 / hədis-12; «Vəsailüş-işə»:VIII c/s-482; «Tühəfül-üqul»: səh. 283.)
Zarafat iman nurunu insanın sifətindən aparır. Əmirəl-möminin(ə) buyurur:
«Zarafat etməkdən çəkin, çünki zarafat iman nurunu aradan aparıb insanın mürvətini azaldır.»(«Üsul Kafi»: II c/s-665 / hədis-19.)

Şərh yaz


Məxfi kod
Yenilə