Çərşənbə, 26 Dekabr 2018 10:05

İslamda Əxlaq 2(Qohumluq əlaqələrini kəsmək haqda hədislər)

İslamda Əxlaq 2(Qohumluq əlaqələrini kəsmək haqda hədislər)
Hədislərdə də qohumlarla əlaqəni kəsmək tənqid olunur və pislənir.
Sileyi-rəhimi tərk etmək Allaha şərik qoşmaqla bir sıradadır:
"Bir nəfər həzrəti-Mühəmməd (s)-dən soruşdu:
-Allah dərgahında ən pis əməl hansıdır?
Buyurdu:
-Allaha şərik qoşmaq.
Həmin şəxs soruşdu:
-Bundan sonra hansıdır?
Rəsuli-Əkrəm(s) buyurdu:
-Sileyi-rəhimi tərk etmək(Yenə ordai: II c/s-641 / hədis-7.)
Sileyi-rəhimi tərk etmək və Tanrının mərhəmətindən uzaqlaşmaq:
Başqa bir rəvayətdə nəql olunur ki, sileyi-rəhimi tərk edən Allahın lənətinə layiq görülüb onun mərhəmətindən uzaq olar. Həzrəti imam Səccad(ə) oğlu imam Baqir(ə)-ə vəsiyyətlərinin birində belə buyurdu:
«....(Övladım!) Öz qohumları ilə qohumluq əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə, çünki onlar «Quran»da üç yerdə lənətlənmişlər. (Sonra «Mühəmməd» surəsinin 24,25-ci ayələrini, «Rəd» surəsinin 25-ci ayəsini və «Bəqərə» surəsinin 27-ci ayəsini tilavət etdi).(«Üsul Kafi» II c/s-641 / hədis-7)»
Qohumluq əlaqələrini kəsən behiştdən məhrumdur:
Peyğəmbər(s) buyurdu:
«Üç dəstə behiştə daxil olmayacaqdır: şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.»(«Əl-xisal» (Şeyx Səduq): I c/s-177 / hədis-208)
Bir sözlə, kim əxlaqlı olmasını iddia edirsə, gərək islamın diqqət yetirdiyi bu mühüm məsələyə ciddi yanaşsın, çünki bunu tərk etmək məhvə səbəb olar.
Həzifə ibn Mənsur İmam Sadiq(ə)-dən belə nəql edir:
«Haliqədən çəkinin, çünki haliqə insanı öldürür.» Soruşdum: «Haliqə nədir?» Buyurdu: «Qohumluq əlaqələrini kəsmək.»(«Mişkatül-Ənvar»: səh-165. «Məhəccətül-beyza» III c/s-431)

Şərh yaz


Məxfi kod
Yenilə