Bazar, 27 May 2018 09:46

İslamda Əxlaq 2 (İnsanlar arasında sülh yaratmaq )

İslamda Əxlaq 2 (İnsanlar arasında sülh yaratmaq )

İnsanlar arasında sülh yaratmaq

«Qurani-Kərim» və məsumların daha çox əhəmiyyət verdiyi əxlaqi məsələlərdən biri də insanlar arasında sülh və mehribançılıq yaratmaqdır.

* «Quran» və insanlar arasında sülh

«Qurani-Məcid»də buyurulur:

«Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin. Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!» («Hucurat» - 10).

Başqa bir yerdə isə buyurulur:

«....Barışmaq daha xeyirlidir...» («Nisa» - 128).

* Rəvayətlər və barışıq

Rəvayətlərdə bu məsələyə çox böyük əhəmiyyət verilmişdir, insanlar müxtəlif vasitələrlə bu xeyirxah əmələ sarı təşviq olunmuşlar. Bəzi rəvayətlərdə barışıq yaratma ən yaxşı sədəqə, bəzisində ən gözəl ibadət və s. kimi vəsf olunmuşdur.

Feyz «Hucurat» surəsinin 10-cu ayəsinin təfsirində həzrəti-imam Sadiq(ə)-dən belə bir rəvayət nəql edir:

«Aralarında mübahisə və ixtilaf düşərkən onları barışdırmaq Allahın ən sevdiyi sədəqədir.»(«Təfsiri Safi» İslamiyyə nəşri: II c/ s.592)

Başqa bir rəvayətlə isə o Həzrət buyurur:

«Mənim üçün iki nəfəri barışdırmaq Allah yolunda iki dinar sədəqə verməkdən daha yaxşıdır.»(«Üsul Kafi» II c / s.209.)

Peyğəmbər(s) buyurur:

«Ən yaxşı sədəqə insanları barışdırmaqdır.»(«Kənzül-Ümmal» II c/ s.58 / hədis №5483.)

Xüsusi büdcə

Möminlər arasında sülh yaratmaq məsum imamların nəzərində çox böyük əhəmiyyətə malik olmuşdur. İmam Sadiq(ə) maddi imkansızlıq üzündən müsəlmanların arasına düşən ixtilafı yatırmaq üçün öz malından müəyyən bir məbləğ ödəyərdi. Buna görə də Müfəzzələ (o həzrətin səhabələrindən biri) üz tutub deyərdi:

«İki mömin arasında ixtilaf düşdüyünü gördükdə mənim malımdan götürüb onları barışdır.»(«Üsul Kafi» II c/ s.209 / hədis №3)

Başqa bir rəvayətdə isə bir şəxs belə nəql edir:

«Kürəkənimlə mal üstündə mübahisə edərkən Müfəzzəl gəlib çıxdı. Mübahisəmizin nə üstə düşdüyünü öyrənincə bizi öz evinə dəvət etdi, dörd yüz dirhəm verib mübahisəmizə son qoydu. O, pulu verərkən dedi: «Bilin ki, bu, mənim öz şəxsi malım deyil. İmam Sadiq(ə) mənə göstəriş vermişdir ki, iki mömin arasında ixtilaf və mübahisə düşərkən o həzrətin öz şəxsi büdcəsindən ayırıb mübahisəni yatırım və aralarında barışıq yaradım.»(«Üsul Kafi» II c/ s.209 / hədis №4)

.

.

.

ardını indir

şərhlər   

 
0 #1 ٰTuran 2018-05-27 11:11
aran radiosu mən bu bolməni cox sevirəm ardinida yükləyin
Sitat
 

Şərh yaz


Məxfi kod
Yenilə