Bazar, 06 May 2018 09:48

İslamda Əxlaq 2 (İnsanlara xidmət)

İslamda Əxlaq 2 (İnsanlara xidmət)

İslam əxlaqında ən incə məsələlərdən biri də xalqa, xüsusilə mömin və saleh bəndələrə xidmət edib, arxa durmaqdır. İslami təlimlər və övliyaların həyat tərzindən belə nəticəyə gəlmək olar ki, vacib əməlləri yerinə yetirdikdən sonra Allah-təalaya yaxınlaşmaq üçün ən yaxşı vasitə bu gözəl xislətdir. Övliyalar həmişə xalqa xidmət etmiş və ehtiyaclarının ödənilməsində şəxsən təşəbbüs göstərmişlər.

«Qurani-Məcid»dən bildiyimiz kimi, yaxşılıq əbədiyyətə qovuşur, pislik isə su üzərində köpük kimi yox olub bir nəticə vermir. Uca Rəbbimiz buyurur:

«Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!» («Rəd» - 17).

İmam Sadiq(ə) həzrəti-İsa(ə) barədə nazil olmuş «Məryəm» surəsinin 31-ci ayəsinin («O, harada oluramsa-olum, məni mübarək etdi.....») təfsirində buyurur: «Məni mübarək etdi» sözünün mənası «Məni xeyirli və mənfəətli etdi» deməkdir.»(«Üsul Kafi» IIc/ s.165 / hədis №11; «Biharül-ənvar»: Beyrut çapı: XXXI/ s.341.) Yəni Allah-təala İsa(ə)-nı xalqa fayda vermək üçün göndərdi. Bir hədisdə Peyğəmbər (s)-dən belə nəql olunur:

Həzrəti-Muhəmməd (s)-dən: «İnsanların ən sevimlisi kimdir?» - deyə soruşduqda belə cavab vermişdi: «İnsanlara fayda verən xalqın ən sevimlisidir».(yenə orda: II c/ s.164 / hədis №7.)

Başqa bir hədisdə Rəsuli-Əkrəm (s) buyurur:

«Bəşəriyyət Allahın ailəsidir. Allah dərgahında insanların ən sevimlisi onun ailəsinə fayda verib bir ailəni sevindirəndir.»(Yenə orda: s.164 / hədis №6.)

İmam Sadiq(ə) söyləmişdir:

«Kim Allah evini (Kəbəni) yeddi dəfə təvaf edərsə, Allah-təala onun üçün altı min yaxşılıq yazar, əməllər kitabçasından isə altı min günahı silərək ona altı min dərəcə verər». (İshaq ibn Əmmar İmamdan bu sözü də artırır: «Allah-təala onun altı min ehtiyacını ödəyər». Sonra imam Sadiq(ə): «Möminin ehtiyacını ödəmək on təvafdan yaxşıdır,»(«Biharül-ənvar» XXXI c/ s.326 / hədis №95.)-deyə əlavə etmişdi.

Peyğəmbər (s) buyurur:

«Bəndələrdən biri müsəlmanların yolunu tikandan təmizlədiyinə görə behişt əhli oldu.»(«Səfinətül-bihar» II c/ s.82.)

Bəziləri belə güman edir ki, ibadət təkcə namaz qılıb oruc tutmaqdır. Bunların bir qismi nadan, qafil və (xudpəsənd) özündən razı olduğu üçün kiminsə acından tələf olmasına təsirlənməzlər.

Dəfələrlə müşahidə edilmişdir ki, belələri ziyarət və həcc kimi ibadət səfərlərində öz vaxtlarını yalnız ziyarət, dua və fərdi müstəhəb əməllərə sərf edib, səfər yoldaşlarna heç bir kömək göstərməzlər, halbuki onlar aralarında olan yaşlı və zəif adamların köməyə ehtiyac duyduqlarını çox gözəl başa düşürlər. Deməli, insanlarla xoş rəftar və Tanrı bəndələrinə qarşı xeyirxahlıq möminin nişanələrindəndir. Bu duyğu insanı xudpərəstlikdən qoruyub saflaşdırır. Allah-təala buyurur:

«Mən sizinlə mehriban davrandığım kimi, siz də bir-birinizlə mehriban davranın, «Bir-birinizə yaxşılıq etməyi unutmayın.» («Bəqərə» - 237).

.

.

.

ardını indir

 

 

 

Şərh yaz


Məxfi kod
Yenilə