Çərşənbə axşamı, 31 Oktyabr 2017 13:35

İslamda Əxlaq 2 (Diqqətəlayiq məsələ)

İslamda Əxlaq 2 (Diqqətəlayiq məsələ)
Müxləs feli sifət olub "saflaşdırılmış” mənasını ifadə edir. Allah-təala bu iki peyğəmbəri (Musa və Yüsif) vəsf edərkən onları "müxləs” adlandırır. "Müxləs” sözü ilə "müxlis” sözü arasında böyük fərq vardır. «Müxlis» sözü ötəri sədaqəti olan adama da deyilir. Məsələn, dəniz tufanında hər şeydən əli üzülmüş adamlar Allahı ixlasla köməyə çağıraraq imdad diləyirlər:
"(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.” («Ənkəbut» - 65).
"(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri isə öz küfründə qalar). Ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!” («Loğman» - 32).
"Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və sərnişinlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq ona belə dua edərlər: «Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükr edənlərdən olarıq!» Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız. Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik” («Yunus» - 22,23).
 
 

ardını yüklə...

Şərh yaz


Məxfi kod
Yenilə