Bazar ertəsi, 29 May 2017 05:24

İslamda Əxlaq 1(Rəvayətlər və bədgümanlığın ziyanları)

İslamda Əxlaq 1(Rəvayətlər və bədgümanlığın ziyanları)
Rəvayətlər və bədgümanlığın ziyanları
Bəhsimizin bu bölməsində bədgümanlığın ictimai, fərdi və mənəvi baxımdan nə qədər təhlükəli olması haqda məlumat verən hədisləri qeyd edirik. Çünki bu təhlükə və zərərləri bilməklə ola bilsin ki, öz xəstəliklərimizi müalicə edək.
Bədgümanlığın fərdi təsirləri
Təklik
Bədgümanlığın fərdi zərərlərindən biri budur ki, bu xəstəliyə düçar olan insanlara etibar etmədiyindən həmişə çətinliklərlə üzləşib bədgüman olduğuna görə heç kimlə dostluq edə bilmir, çünki bədbin adamlar başqalarından qorxduqları və etibar etmədikləri üçün cəmiyyətdən uzaqlaşaraq insanlarla bütün əlaqələrini kəsməkdən başqa bir şey düşünmürlər. Həzrəti-Əli(ə) buyurur: "Bədbin olan şəxs hamıdan qorxar".( «Təfsiri-qürtəbi» səh.16, səh.327.)
Bədgümanlıq qəlbin qeybətidir
Bədgümanlığın fərdi ziyanlarından biri də onun bir növ qəlb qeybəti olmasıdır. Əxlaq alimləri onu qəlb qeybətinin nümunələrindən biri hesab etmişlər. Əgər biri öz qəlbində müsəlman qardaşına qarşı bədgüman olarsa, ürəyində onun qeybətini etmiş olur. "Günah və onun pis təsirləri" mövzusunda qeyd etdiyimiz kimi, müqəddəs dinimizdə günahı qadağan etməkdən əlavə günahı fikirləşmək də bəyənilməmişdir. Əmirəlmöminin Əli(ə) demişdir: "Kim günahı çox fikirləşərsə (xəyalında günahı canlandırarsa), günah onu özünə tərəf çəkər"(«Nəhcül-bəlağə» (Feyzül İslam) hikmət №341, «Biharül-ənvar» (Beyrut çapı) XXXII, səh.49.) 
Çünki günahı fikirləşmək insanın ruhunun səfasını əldən verməsinə səbəb olur. Bədgümanlıq da belədir. Əgər biri öz din qardaşına qarşı bədgüman olarsa və ürəyində elə bu fikirdə də qalarsa, onun bədgümanlığının sonu qəlb qeybəti ilə bitəcəkdir. Əxlaq alimləri bunu "üqdül-qəlb" adlandırmışlar. "Üqdül-qəlb" dil qeybəti, töhmət, sözgəzdirmə və başqa günahların müqəddiməsidir.
Bədgümanlığın ictimai zərərləri
Bədgümanlığın ən zərərli nəticələrindən biri də xalq arasında dostluq və mehribanlıq tellərini qırıb, təfriqə, ayrılıq əmələ gətirməsidir. Həzrəti-Əli(ə) buyurur: "Hər kim bədgümanlığa düçar olarsa, onunla dostları arasında sülh və mehribanlıq aradan gedər".(

«Xisali-Səduq» I c, səh.109, hədis №3.

)

Bədgümanlığın mənəvi zərərləri
Bədgümanlığın zərərlərindən biri də ibadətin batil olmasıdır. Həzrəti- Əli(ə) insanları bu yoluxucu bəlanın aqibətindən xəbərdar edərək söyləyir: "Bəd gümandan çəkinin, çünki bədgümanlıq ibadəti batil edib (insanın) günahını böyük edir".(«Nəhcül-bəlağə» (Sübhi Salehi) Xütbə 140, «Nəhcül-bəlağə» (Feyzül İslam) Xütbə 140.) "İman bədgümanlıqla bir yerə sığmaz".(

«Nəhcül-bəlağə» (Sübhi Salehi) hikmət №147.

)

Bədgümanlıq ən pis günah və zülmdür
Başqa bir hədisdə o ali Cənab belə buyurur: "Əməlisaleh (və günahsız) insana qarşı bədgüman olmaq ən böyük günah və zülmdür".(

«Məhəccətül-beyza» V c, səh.265-266.

)

Qısaca, bədgümanlıq zərərli nəticələrə malik olduğundan "Qurani-Kərim” və məsum imamlar(ə) onu qadağan etmişlər. Həzrəti-Əli(ə) demişdir: "Bir-birinizə qarşı bədgüman olmayın, çünki Allah-təala onu qadağan etmişdir."(«Məhəccətül-beyza» V c, səh.266.)
Qeyd: Bəhsin bu hissəsində iki zəruri mətləbi aşağıda qeyd edirik:
1) Ayə və rəvayətlərdən belə aydın olur ki, bədgümanlıq haramdır. Bədgümanlığın inam mərhələsinə çatmaması üçün belə göstəriş verilir ki, təbii olaraq insan zehnindən keçən pis təsəvvür və xatirələrə etina edilməsin. "Qurani-Kərim”də gümanlardan yalnız bəzisinin günah olduğunun hesab edilməsinə baxmayaraq, yenə də belə buyurulur:
"Çox zənnə-gümana qapılmaqdan çəkinin..." («Hucurat»-12)
Peyğəmbər (s) belə buyurmuşdur: "Bədgümanlıqdan çəkinin! Çünki o xəbərlərin ən yalanıdır".(«Nəhcül-bəlağə» (Sübhi Salehi) Xütbə 193.)Ona görə ki, bədgümanlıq nəfsin pisliklərə aludəçiliyindən bəhrələnir. Əgər bir şəxs paklığın mayasından bəhrələnərsə, zənnə, gümana qapılaraq başqasının ləyaqətini alçaldıb etdiyi güman və ya eşitdiyi xəbərin bəhanəsi ilə onun şəxsiyyətini ləkələməz. Biz inanırıq ki, Allah-təala Əllamül-qüyubdur (qeyb aləmini biləndir). Bütün məxluqların batinindən xəbərdar və insanların niyyətindən agahdır.
"Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir". («Ğafir»-19)
Buna görə də başqaları haqqında danışan məsuliyyətsiz adamların sözünü araşdırmaq lazımdır. Ola bilsin ki, başqasına qarşı bədgüman olan şəxs öz gümanını bizə danışaraq şəxsi qərəz və düşmənçilik üzündən onun şəxsiyyətinə təcavüz edib, bu vasitə ilə də həmin adamın izzət və əzəmətini cəmiyyətdə aşağı salmaq istəyir. «Quran»da bu barədə belə buyurulur:
"Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" («Hucurat»-6)
Yəni yoxlamadan, araşdırmadan eşitdiyiniz hər sözə və etdiyiniz hər gümana etina etməyin, çünki xalq arasında bu yolla fitnə, düşmən və haqsızlıqlır baş vermiş, sonradan məlum olmuşdur ki, bunların hamısı əsassızdır. Odur ki, danışdığımız hər sözə, fikirləşdiyimiz hər bir gümana və etdiyimiz hər bir əmələ görə qiyamət günü cavab verməli olacağıq.
Əmirəlmöminin Əli(ə) buyurur: "(İnsanlara qarşı) bədgümanlıq bütün işləri bir-birinə vurur və xalqı pisliklərə vadar edir".(Həmin mənbə: namə 28.) Birinin çirkin əməllərini görməyincə onun barəsində bədbin olmaq olmaz. Eşitmək, yaxud zənn etmək pislik və yaxşılıq meyarı deyildir. Eşidilən bir çox xəbərlər əsassız və dəlilsizdir. İmam Baqir(ə) buyurur: "Həzrət Əli(ə)-dən sual olundu ki, haqq və batil arasındakı məsafə nə qədərdir? Buyurdu: "Dörd barmaq qədər." Sonra əlini qulağına və gözünün üstünə qoyub söylədi: "Gözlə gördüyün şey doğrudur. Qulağınla eşitdiklərinin əksəriyyəti batil və yalandır".(«Qürər» Mövzuya əsasən mündəricat: səh.361, №2942.)
2) Qeyd olunmalı mətləblərdən biri də budur ki, insanlar davranışında bir-birinə qarşı xoşgüman olmalıdırlar. Əgər xoşgüman və etibar qarşılıqlı xarakter daşımasa, həyat öz mehvərindən çıxıb, həmkarlıq və fəaliyyət çətinləşəcəkdir. Çünki inam olmayan bir cəmiyyətdə yaxşı və möhkəm əlaqələr yarana bilməz.
Məsələləri ayırd etməkdə ən mühüm incəliklər
Bunu da yaddan çıxarmaq olmaz ki, xoşgümanlıq xeyrin şərə üstün gəldiyi cəmiyyətdə düzgündür, lakin şərin xeyrə üstün gəldiyi cəmiyyətdə nikbinlik və yaxşılığa yozma yersizdir. Belə bir cəmiyyətə bədbinlik gözü ilə baxmaq lazımdır, belə ki etibarlı sənədlərə söykənmədən xalqın işini bəhanə gətirib yaxşılığa yozarıqsa, özümüzü aldatmış olarıq. Bu barədə həzrəti-Əli və İmam Hadi(ə)-dən nəql olunmuş hədisləri qeyd edirik. Həzrəti-Əli(ə) buyurur: "Xeyir və yaxşılığın üstün gəldiyi cəmiyyətdə biri digərinə qarşı aşkar günah etmədən bədgüman olarsa, şübhəsiz, ona zülm etmişdir. Amma əgər şər və pozğunçuluğun hakim kəsildiyi bir cəmiyyətdə biri digərinə qarşı xoşgüman olarsa, yalnız özünü aldatmışdır".(«Tühəfül-üqul»: səh.443.)
İmam Hadi(ə) demişdir: "Ədalətin zülmə hakim kəsildiyi bir cəmiyyətdə çirkin bir əməli yerinə yetirməyənə qədər birinin digərinə qarşı bədgüman olması haramdır. Zülmün ədalətə üstün gəldiyi cəmiyyətdə isə yaxşılığı aşkar olmayana qədər birinin digərinə qarşı xoşgüman olmasına haqqı yoxdur".(«Məhəccətül-beyza» V c, səh.267.)
Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, şərin xeyrə hakim kəsildiyi bir cəmiyyətdə xoşgümanlıq sadəlövhlük olsa da, bədgümanlıq da rəva deyildir. Başqa bir sözlə desək, belə bir şəraitdə əsassız olaraq insanlara etibar etməyin rəva görülmədiyinə baxmayaraq, təkcə zənnə və gümana qapılıb kimi isə mühakimə etmək də olmaz. "Qurani-Kərim”də deyilir:
"...Zənn isə əsla həqiqət ola bilməz".(«Nəcm»-28)
Deməli, belə hallarda hər iki cəhətdən ehtiyatı əldən vermək olmaz. İstər mühakimə edən zaman, istərsə də xalqa etibar edərkən. Xülasə, arayıb-araşdırmadan bir işə başlamaq düzgün deyil. Həzrəti-Əli(ə) buyurur: "Zənnə və gümana istinad etməklə mühakimə yürütmək ədalətsizlikdir".(«Üsuli-kafi» (İslamiyyə çapı) I c, səh.219. «Ərzül-əmal» fəsli hədis №1; «Təfsiri-Bürhan» :II c, səh.157, hədis №1)
Mühüm işlərdə araşdırma və ehtiyatın zəruriliyi
(O cümlədən ali vəzifələrə şəxslərin təyin olunması)
Əlbəttə, bunu da unutmaq olmaz ki, xeyrin hakim kəsildiyi bir cəmiyyətdə qarşılıqlı etibar bu mənada deyildir ki, araşdırmadan hər hansı bir şəxsi ali rütbə və mənsəbə təyin etmək olar. Təbii ki, şəxsi və xırda məsələlərdə xoşgümanlıq düzgündür. Amma ümumi və mühüm məsələlərdə isə bədgümanlığın qadağan olunmasına baxmayaraq, xoşgümanlığı da mühakimənin meyarı kimi başa düşmək olmaz. Belə hallarda şəxsin ləyaqətinə toxunmadan hökmən haqqında təhqiqat aparılmalıdır. Tam arxayın olandan sonra isə əməli iş görmək olar.
Əmirəlmöminin Əli(ə) buyurur: "...(Ey Malik!) İşçilərinə nəzarət elə. Onları imtahan etməklə və yoxlamaqla işə cəlb et. Onları öz ürəyinə, ağlına, qüvvənə görə, məsləhətsiz və təhqiqat aparmadan bir işə təyin etmə, çünki zorla özbaşına iş görmək zülm və xəyanət alovudur. Onların arasından ən təcrübəli, ən təmiz qəlbli və islamda ən qabaqcıl olanını seç, çünki belələrinin əxlaqı daha yaxşı, ailələri daha pakizə, tamahı daha az və işlərin aqibətini düşünməkdə daha uzaqgörəndirlər..."(«Üsuli-kafi» I c, səh.219, hədis №3; «Təfsiri-Bürhan» II c, səh.157, hədis №3.)
Sonra hökumət qurucuları barədə belə buyurur: "...Təsisçiləri seçərkən öz fərasətin, nikbinliyin və xoşgümanlığına güvənmə, çünki zirək adamlar zahiri əməlləri ilə əmirlərin nəzərini cəlb etməyi yaxşı bacarırlar..."(«Təfsiri-Bürhan» II c, səh.158, hədis №12.) Sülh müqaviləsi barədə isə söyləyir: "...Amandır, ehtiyatlı ol! Düşməninlə sülh bağlayandan sonra özünü qoru! Çünki bəzən düşmən ona görə yaxınlaşır ki, qarşı tərəfi aldatsın. Buna görə də uzaqgörənliyini işə sal. Belə hallarda xoşgümanlığını kənara qoy..."(«Üsuli-kafi» I c, səh.219, «Ərzül-əmal» fəsli hədis №4)
Hər halda bədgümanlıqla xoşgümanlığın hər biri üçün elə hallar vardır ki, dəqiq surətdə araşdırılmalıdır. İnsan hansı zamanda, hansı cəmiyyətdə və hansı şəraitdə yaşadığını yaxşı dərk etməlidir. Əks halda, xoşagəlməz hadisələrin qurbanı ola bilər. Buna görə də İmam Sadiq(ə) buyurur: " Kim öz zəmanəsini tanıyırsa, şübhəli işlər ona hücum edə bilməz".(«Vəsailüş-şiə» XIII c, səh.90,(Kitabüt-ticarə) hədis №4.)
Qeybətin müalicəsi
Hər bir xəstəliyin müalicəsi üçün üç əsas ünsürün olması zəruridir:
1.narahatçılıq və ağrını hiss etmək,
2.xəstəliyin səbəb və amillərini bilmək,
3.müalicə yolu axtarmaq.
İndi isə qeybətin böyük günah və təhlükəli əxlaqi xəstəliklərdən olmasını etiraf etməklə əvvəlcə bu xəstəliyi əmələ gətirən səbəbi öyrənək, sonra bu qüsurla mübarizə aparıb nəticəni aradan qaldıraq. Aydındır ki, nəticəni aradan qaldırmaq üçün ən yaxşı yol əyər-əskiklə mübarizə aparmaqdır. Qeybətin yaranma səbəbləri çoxdur. Bu barədə əxlaq kitablarında elə faydalı və geniş mətləblər vardır ki, biz bəhsimizə uyğun onların bir hissəsini azca izah etməklə burada qeyd edəcəyik. Bəhsə başlamazdan qabaq gələcək bəhslərin icrası üçün əsas və zəmanət verən üç mühüm məsələyə işarə edirik:
a)Etiqad və iman: Pozucu amil, mənəvi və nəfsani xəstəliklərlə mübarizədə ən təsirli, əhəmiyyətli amil imandır: Allah və Qiyamət gününə inam. Əgər bir şəxs Allah-təala və Qiyamət gününə həqiqətən inanarsa, böyük günahlara, xüsusən töhmət və qeybət kimi günahlara az batar. Necə ola bilər ki, biri hesab-kitaba, qiyamət gününə inansın, amma günaha batmaqdan qorxmasın? Bu işə ancaq dillə iman gətirənlər və qəlbən mömin olmayanlar qol qoyarlar. Belə ki, Allah-təala buyurur:
"Bədəvi ərəblər: "Biz iman gətirdik!"-dedilər. De: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!"- deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır..." («Hucurat»-14)
Başqa bir yerdə isə buyurur:
"...Ürəklərində olmayan şeyi dilləri ilə deyirdilər..." («Ali-İmran»- 167)
b)Allahı unutmamaq: İmam Sadiq(ə) söyləmişdir ki, əgər öz salamatlığını istəyirsənsə, Allahı yada sal, məxluqu yox. Onu yada salmaq sənin üçün ibrət və qeybətdən çəkinməyə səbəb olub, günahın əvəzinə savab nəsibin olar.(Vədə verilmiş vaxtda borcu ödəmək imkanına malik olarsa, borcu ödəmək borclunun vəzifəsidir. Əgər borc ödənilməzsə, hakimin onu həbs etmək ixtiyarı vardır, çünki iki şeydən biri (müflis olmaq və ya borcu ödəmək) həqiqətə qovuşmalıdır. Nümunə olaraq, həzrət Əli(ə)-dən bir hədis nəql edirik:"Həzrəti-Əli(ə)-nin qaydası bu idi ki, səhlənkar borcluları zindana saldırardı. Onların yoxsulluq və imkansızlığı o Həzrət üçün aydın olanda onları azad edərdi ki, gedib pul qazanıb borclarını ödəsinlər. («Vəsailüş-şiə» XIII c /s.-148) Hər halda imkanı olan surətdə şəxsin borcu ödəməməsi yaxşı bir iş deyildir. Peyğəmbər(s) buyurur: "Borclunun imkanı olan surətdə borcunu ödəməyib səhlənkarlıq etməsi ləyaqətsizlikdir.” («Vəsailüş-şiə» XIII c /s.-113) Borcunu ödəmək imkanı olmadığı halda, tələbkarın borcluya möhlət verməsi onun ləyaqət sahibi olduğuna dəlalət edir. «Qurani-Kərim»də buyurulur: "Əgər sizə borclu olan şəxs pis vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” («Bəqərə»-280) Peyğəmbər(s.) buyurmuşdur: "İnsanın ona borclu olan şəxsin imkansız olduğunu bilə-bilə onu çətinliyə salması caiz deyildir.” («Vəsailüş-şiə» XIII c /s.113/).) Əmirəlmöminin Əli(ə) buyurur: "Allahı yada salmaq qəlb xəstəliklərinin dəvasıdır".(İmam Sadiq(ə) də öz səhabələrinə etdiyi vəsiyyətlərindən birində belə buyurmuşdu: "Sizə borclu olan müsəlman qardaşınızı yoxsul olduğundan borcu qaytara bilmədiyinə görə çətinliyə salıb incitməyin, çünki atamız Rəsuli-Əkrəm(s.) dəfələrlə buyurardı:"Öz müsəlman qardaşını borcunu ödəməyə görə sıxışdırıb çətin vəziyyətə salmaq müsəlmana yaraşmaz. Kim müsəlman qardaşına borcunu ödəyə bilməyən surətdə ona möhlət verərsə, Allah-təala qiyamət günü özünün lütf sayəsini onun üzərinə salar.” («Vəsailüş-şiə» XIII c/səh.113) Əlbəttə, möhlətin də miqdarı haqda müxtəlif rəylər vardır. Bəzi hədislərdə bir il təyin olunmuş, bəzilərində «Bəqərə» surəsinin 280-ci ayəsində olduğu kimi müddət təyin olunmamış və təbii olaraq bu möhlət borclunun imkanı olana qədər uzadılmışdır. Möhlətin müddəti bir il göstərilmiş hədislərdə əgər bir ildən sonra da borclunun borcu ödəməyə imkanı olmasa, müsəlmanların rəhbəri onun borcunu beytülmaldan ödəməlidir, belə ki «Qurani-Kərim»də zəkatın məsrəf olunma məqamlarından birində "carimin” (borclular) deyə qeyd edilmişdir. Məlumdur ki, "carimin"dən məqsəd imkanı olmayan borclulardır. ("Ğarimin” barədə bax: «Vəsailüş-şiə» XIII c,/s.-90/fəsil-9))
v)Özünüdərk, tənqidiqəbuletmə və yaxud özünütənqid: Kim öz eybindən xəbərdar olsa, heç vaxt başqalarının eybini axtarmaz. İnsanı təkəbbürlü, başqalarının eybini axtarmağa vadar edən onun xudbinliyidir. Bəli, özünü başdan-ayağa eyibli görən şəxs başqalarını həmin eyiblərə görə danlamaqdan utanar. Peyğəmbər(s) buyurur: "Xoş o şəxsin halına ki, öz eybi onu başqasının eybini axtarmaqdan çəkindirir".(«Vəsailüş-şiə» /III c/səh-90/ Ticarət bəhsi/ Borc fəsli/ 8-ci fəsil/hədis №3/)
Ən böyük eyib
Həzrəti-Əli(ə) buyurur: "Ən böyük eyib odur ki, başqasını özündə olan eybə görə danlayasan".("Məhəcctül-beyza” V c səh-270

 )

Başqa bir hədisdə isə o, belə buyurmuşdur: "Ən böyük eyib odur ki, özündə ola-ola başqasına irad tutasan".(«Məhəccətül-beyza»: V c, səh.271.)
Ən pis adam
Əmirəlmöminin Əli(ə) buyurur: "Adamların ən pisi odur ki, başqalarında eyib axtara, amma öz eyiblərini görməyə".(Nümunə üçün bax: «Vəailüş-şiə»: VII c, səh.577 (Kitabül həcc, «Əbvabi-əhkamil-əşərə» ) bab-140, hədis №3.)
İnsanların bəzisi başqalarının zəif nöqtəsini axtarıb öz səhvlərini unudurlar. Peyğəmbər(s) buyurur: "Sizlərdən bəziniz başqasının gözündə çöp axtarırsınız, amma öz gözünüzdə tiri görmürsünüz".(Bu barədə bax: «Vəsailüş-şiə» XI c, səh.262 (Əbvabi-cihadi-nəfs) bab 46, hədis №36.)
Xülasə, ağıllı insan öz eyiblərinə qapılaraq heç vaxt başqasının eybini axtarmağa macal tapmaz. Əgər bəndə ağıllı və təqvalı olarsa, öz dərdi başqasının dərdini duymamağa vadar etdiyi kimi, ağıl və təqva onu başqalarının eybini axtarmağa qoymaz. Həzrəti-Əli(ə) buyurur: "Kim öz eybini görərsə, başqasının eybini axtarmaqdan çəkinər".(«Vəsailüş-şiə» VIII c, səh.427.)
İmam Baqir(ə) buyurur: "Peyğəmbər(s) buyurmuşdur: "Hər kimdə üç xislət və ya onlardan biri olarsa, Allahın lütfü ilə başqa himayədə olmayan Qiyamət günü Tanrının ərşinin sayəsi altında olar: özünə rəva biləni başqalarına da rəva bilən, Allahın razılıq və ya qəzəbini bilmədən heç bir işə qol qoymayan və özündə olan eybi tərk etməmiş, başqalarında o eybi axtarmayan. Kim özündən bir eybi uzaqlaşdırarsa, şübhəsiz, özündə yenidən başqa bir eyib görəcəkdir. Hər kimin başı özünə qarışarsa, başqalarında eyib axtarmağa macal tapmaz".(«Məkasibi-mühərrəmə»: IV c, səh.45.)
Qeybəti pisləyən ayə və hədisləri oxuyub fikirləşərək bu günahın pis aqibətini düşünən və onun dünyəvi, eyni zamanda axirətə aid zərərlərini anlayan şəxs heç vaxt bu günaha aludə olmaz. Belə hədislərdən bəzisi əvvəldə qeyd olundu. İndi isə insanları qeybətdən çəkindirmək barədə həzrəti-Əli(ə)-nin buyurduğu xütbələrdən birini burada qeyd edirik:
"Eyiblərdən pak və hər bir çirkinlikdən uzaq olanlar yaxşı olardı ki, günahkarlara qarşı rəhimli davranıb, həmişə Tanrıya şükür etsinlər. Allaha etdikləri bu şükür başqalarının eybini axtarmaqda onlara mane olar. Özü eyib içində olan şəxs öz qardaşının arxasınca danışıb onu düçar olduğu bəlaya görə hansı üzlə danlayır? Niyə Tanrının onun günahları üstünə örtdüyü pərdəni unudur? Ən böyük günah olan başqalarına eyib tutmaq günahının üstünə Allahın örtük salmasını nə üçün anlamır? Başqalarını günaha batmaq üstündə necə məzəmmət edir? Halbuki özü həmin günaha aludə olmuşdur. Bəlkə də həmin günaha deyil, ondan da ağırına batmışdır. Allaha and olsun, böyük günahlara yox, hətta kiçik günaha belə batmış olarsa, başqalarına eyib tutmaq onun üçün böyük günahdır.
Ey Allahın bəndəsi! Heç kimi günahına görə tez-tələsik danlama. Nə bilirsən, bəlkə Allah onu bağışlamışdır? Həmçinin öz kiçik günahına belə arxayın olma. Bəlkə ona görə sənə əzab verildi? Bunun üçün də sizlərdən hər biriniz digər müsəlman qardaşlarınızın eybindən xəbərdar olarkən özünüzün eyibli olduğunuzu bildiyinizə görə başqalarının eybini tutmaqdan çəkinməlisiniz. Bu eyiblərin onda olmaması üçün etdiyi şükür isə onun başını qarışdırar".(«Üsuli-kafi»: II c, səh.375., «Məkasibi-Mühərrəmə» səh.45.)
İnsanı qeybət etməyə vadar edən amillər isə aşağıdakılardan ibarətdir:
Dostlara uyğunlaşma
Qeybətin amillərindən biri yoldaşlıq etdiyi adamlarla uyğunlaşmaqdır. Bəziləri belə təsəvvür edir ki, yaxşı əxlaq və gözəl davranış öz yoldaşları ilə rəftar edərkən heç kimin ondan inciməməsidir. Halbuki bu cür davranış şəri hökmlərə qarşı soyuqluq və riyakarlıqdır. Müxtəlif tipli insanların ondan razı qalmasını istəyib, ömrü boyu bircə düşmən belə qazanmaq istəməyən şəxs həqiqətdə insani fəzilətlərdən məhrum olmuş, əxlaq və iman ləzzətini dadmamış ikiüzlü adamdır, necə deyərlər, hər çalınan havaya oynayıb, hər dərdə sinə vurandır. Belələri külək hansı tərəfə əsərsə, o tərəfə də əyilərlər.
Həzrəti-Əli(ə) insanları üç qismə bölür: Rəbbani (ilahi) alimlər, özlərini xilas etmək üçün təhsil dalınca gedən tələbələr və hər səsə səs verən, hər küləyə tərəf əyilən əlsiz-ayaqsız axmaqlar. Bunlar elm nurunu həyatın zülməti yollarında çıraq hesab etməmiş və möhkəm sütundan yapışmamışlar..."(«Məkasibi-Mühərrəmə» (Şeyx Ənsari): səh.44; «Vəsailüş-şiə»: VIII c, səh.605, hədis №5.)
Sözün qısası, insanların çoxu üçüncü dəstədəndir. Həmin insanlar öz dostlarının razılığı üçün onlara uyğunlaşır, hətta başqalarının eybini axtarırlar, halbuki onların rizaları Allahın qəzəbinə səbəbdir.
Feyz Kaşani (r.ə.) bu barədə buyurur: "Ey başqalarının razılığını əldə etmək və onlara uyğunlaşmaq üçün qeybət edən şəxs! Bil və agah ol ki, əgər digərlərinin qeybətini qılmaqla məxluqun razılığını qazanmaq istəsən, Allahın sənə qəzəbi gələr. Necə buna razı olursan ki, məxluqa ehtiram bəsləyib onun razılığını qazanırsan, lakin öz Allahını təhqir edib insanların xoşhallığı naminə Onun razılığını tərk edərək qanunlarını görməməzliyə vurursan? Öz qəzəbinin Allaha xatir olmasını iddia etsən də, yenə də bu, qəzəbləndiyin şəxsi pisləməyə bəhanə ola bilməz. Əksinə, yaxşı olardı ki, qeybət edənlərə qarşı qəzəblənəsən. Çünki onlar ən iyrənc və ən pis bir günahla-qeybət etməklə Allaha qarşı asi olub Tanrının qəzəbinə düçar olmuşlar".(Qəzali «Ehyai-ülumi-din» III c, səh.153.)
Deməli, insan hara getsə, rəngini dəyişən heyvanlar kimi camaatın təsiri altına düşərək bu qədər də iradəsiz və ixtiyarsız olmamalı, öz din qardaşını müdafiə etmək əvəzinə başqaları ilə səs-səsə verib onun eyib və səhvlərini sadalamamalıdır. O, bunu bilməlidir ki, imkan daxilində günahın qarşısını alıb qeybət edənləri bu çirkin əməldən çəkindirməkdə məsuliyyət daşıyır. Əgər qeybətin qarşısını ala bilməsə, məclisi tərk edib bu vasitə ilə günaha qarşı öz nifrətini bildirib dostlarının narahat olmasına baxmayaraq, Allahın razılığını özünə cəlb etməlidir. Əks halda, o kəslərdən sayılacaq ki, "Qurani-Kərim”də onların barəsində belə buyurulmuşdur:
"Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq". («Müddəssir» 40-45)
Buna əsasən müxtəlif məclislərdə heç bir məsuliyyət hiss etmədən hər sözü danışmaqdan çəkinməyənlər cəhənnəm əzabına düçar olacaqlar. Allahın əzabından xilas olmaq istəyənlər isə nalayiq və möminlərin həmişə qeybətini qılan dalaşqan adamlardan uzaqlaşmalıdırlar, çünki "Qurani-Kərim”də deyilir:
"O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər". («Furqan»-72)
2. Özünü təmizə çıxartma
Qeybətin amillərindən biri də özünü təmizə çıxartmaqdır, yəni insan özünü təmizə çıxartmaq ərəfəsində ona aid edilən şeyləri başqasının boynuna yıxır. Həmin şəxs istər günahı birbaşa rəfiqinin boynuna atmaqla, istərsə də onu günah qazanmaqda özünə şərik etməklə özünü təmizə çıxardaraq qeybət edir. Hər bir halda özünü təmizə çıxartmaq üçün başqasını birbaşa günahkar və yaxud günahda iştirakçı kimi qələmə verir. Məsələn, bu günah filankəsin işidir — deyir. Və yaxud bu günah təkcə mənə aid deyil, filankəs də bu işi yerinə yetirmişdir. Bu cür davranış cəhalət və təqvasızlıqdan irəli gəlir, çünki özünü təmizə çıxartmaq üçün başqasını ittiham edib qeybətini qılmaq olmaz. Fərz edək ki, əsl icraçı başqasıdırsa, onun sirrini ifşa edib abrını tökmək nəyə lazımdır? Əgər şəxsin özü həqiqətən günahkar deyilsə və yaxud xəyanət etməyibsə, özünü təmizə çıxaran zaman başqasını bu ittihamda özünə şərik etmək əvəzinə ona qarşı irəli sürülən itthamları inkar etməlidir. Buna görə də Feyz Kaşani buyurur: "Hər kim bu üsulla qeybət edərsə, bilsin ki, Allahı qəzəbləndirmişdir. Allahı qəzəbləndirən şəxsin günahı, məxluqu qəzəbləndirən şəxsin günahından ağırdır. Qeybət edən şəxs şübhəsiz ki, Allahın qəzəbinə düçar olur. Bütün bunlarla yanaşı bilmir ki, camaat ondan razıdır ya yox. Nəticədə, insanların ondan razı qalması xəyalı ilə günahı öz boynundan götürüb başqasının boynuna yıxır. Zahirdə özünü bu dünyada xilas edərək axirətdə əbədi əzaba düçar edir. Bu cəhalət və nadanlığın ən axır dərəcəsidir. Bədbəxtdir o kəs ki, dostların razılığına görə axirətini xarab edə". Sonra Feyz yenə buyurur: "Belə üzr gətirməyin özü də (təkcə mən deyiləm, başqaları da bu günaha batmışlar) cəhalət və nadanlığa dəlalət edir, çünki həqiqətdə bu üzr və bəhanə ilə elə bir şəxsə təqlid edir ki, onun arxasınca getmək olmaz. Allah qanunlarını pozub günah edən şəxs nümunə olmağa layiq deyildir. Əgər insan başqasına baxıb özünü oda ataraq canını təhlükə qarşısında qoyarsa, axmaqcasına bu işə qol qoymuşdur. Buna əsasən "əgər mən haram mal yemişəmsə, başqası da yeyib, əgər zalım hökumət tərəfindən mənə hədiyyə verilibsə, başqasına da verilib." — sözlərini hansı ağılla üzr gətirir? Nümunə gətirdiyi şəxslər dəlil, sübut ola bilməz. Belələri biri özünü dağdan atarkən o biriləri də özünü onun dalınca dağdan ataraq həlak edən qoyunlara bənzəyirlər.(

«Məhəccətül-beyza»: V c, səh.272; «Biharül-ənvar» (Beyrut çapı) XXXII, səh.237.

)

Deməli, heç vaxt başqalarının haram işini üzr gətirməklə özünün çirkin əməlinə bəraət qazandıraraq: "Bu haram işi təkcə mən yerinə yetirməmişəm"- demək olmaz. Belə üzrlər Allah dərgahında məqbul deyildir.
3. İftixar
Bir qrup insanlar da iftixar etməklə qeybətə mübtəla olurla, yəni öz fəzilət və üstünlüklərini göstərmək üçün başqalarını kiçildərək onların qeybətini edirlər. Özlərini digərindən üstün tanıtdırmaq üçün: "Filankəs heç bir şey bilmir”-deməklə onun eyiblərini sadalamağa başlayır, daha bilmirlər ki, belə danışmaqla başqalarının nəzərini cəlb etməkdən artıq nifrət qazanırlar. Bu xəstəlik (iftixar, özünü tərifləmə) böyük günahlardan çoxunun yaranmasına səbəbdir. Onlardan biri də qeybətdir. Buna görə də "Qurani-Kərim”də və məsum imamlar(ə) tərəfindən bu ciddi tənqid edilmişdir. Biz burada qısaca olaraq onlardan bir neçəsini qeyd edirik:

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎