Çərşənbə, 10 May 2017 01:27

İslamda Əxlaq 1-(VII FƏSİL)

İslamda Əxlaq 1-(VII FƏSİL)
VII FƏSİL
Sədaqətli yoldaş seçib, günahkar (pis) adamlardan uzaqlaşmaq.
Hər hansı bir səfərdə vəfalı və sədaqətli yoldaşın çətinlikləri həll etməkdə mühüm rolu olduğu kimi, mənəviyyatı saflaşdırmaqda da yaxşı yoldaş böyük əhəmiyyətə malikdir.
Həzrəti-Musa(ə) Bəni-İsrail tayfasını Fironun əlindən qurtarıb haqqa hidayət etmək üçün peyğəmbərliyə seçilərkən dua edib Allah-təaladan belə istədi:
"Mənə öz ailəmdən bir vəzir (köməkçi) ver-qardaşım Harunu! Onunla arxamı möhkəmləndir, (Ona da peyğəmbərlik ver) ki, səni çox təqdis edib şəninə təriflər deyək və səni çox zikr edək.( Daim yada salıb şükr-səna edək)." («Taha»-29-34).
"Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!" («Tövbə»-119)
Həzrəti-Əli(ə) öz övladlarına belə tövsiyə edir: "Səfərə çıxmamışdan qabaq öz yol yoldaşının əxlaqını öyrən. Evi almamışdan əvvəl qonşunu tanı".(«Üsuli-kafi» II c, səh.445)
"Qərib o kəsdir ki, dostu olmaya"(İbn Məhbub deyir: "Peyğəmbər (s) Əhli-beyt (ə)-inin dostlarından bir neçəsi mənim vasitəmlə məktubda İmam Musa ibn Cəfər(ə)-ə böyük günahların sayı və necəliyi haqda sual yazdı. Həzrət sualın cavabını yazaraq belə buyurdu: "Böyük günahlar Allah-təalanın onlardan ötrü cəhənnəm əzabı ilə vədə verdiyi günahlardır. Böyük günahların xüsusiyyətlərindən biri də budur ki, Tanrı onları tərk edən şəxsin günahlarını (kiçik günahlarını) bağışlar. Bu şərtlə ki, mömin olsun.” Sonra o həzrət yeddi günahı "yeddi məhvedici günah” adı ilə sadaladı: "Adam öldürmək, ata-ananın üzünə ağ olmaq, sələmlə məşğul olmaq, hicrətdən sonra təərrüb, namuslu və iffətli qadınlara zinakar deyərək töhmət vurmaq, yetim malını yemək və döyüşdən qaçmaq.” («Üsuli-kafi» II c, s.276). Dini və elmi mərkəzlərdən uzaqlaşıb ucqar səhralarda yaşayışa və bununla da öz dini vəzifələrini yerinə yetirməyə qadir olmayıb tədriclə dini əxlaqı və mədəniyyəti itirməyə hicrətdən sonra təərrüb deyilir.)
Allahın nemət və rəhmətinə şamil olub, Tanrı qayğısı, köməyi ilə düzgün yola - haqq yola (siratəl-müstəqimə) yönələrək günahdan qorunmuşlar dostluğa layiq şəxslərdir. Bu ayədə deyildiyinə görə, onlar dörd qrupa bölünürlər:
"Allaha və peyğəmbərə itaət edənlər, (axirətdə) Allahın nemət verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı düzgün, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır!" («Nisa»-69)
Bütün bu ayə və rəvayətlərdən belə anlaşılır ki, haqq yolunda sədaqətli və vəfalı yol yoldaşı zəruridir. Təklik və tənhalıq yalnız Allaha məxsusdur. Ey müsəlman mömin qardaş! Əlin peyğəmbər və siddiqlər ətəyinə çatmadığından şəhidlər və salehlərlə birgə ol! Heç vaxt onlardan ayrılma ki, yolunu azmış olarsan.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎