Şənbə, 06 May 2017 00:01

İslamda Əxlaq 1(III FƏSİL)

İslamda Əxlaq 1(III FƏSİL)
III FƏSİL
Xatırlama
İnsan həmişə Allahı xatırlamalı, onu düşünməli, heç vaxt Allah-təalanın qarşısında məsuliyyət və bəndəliyini unutmamalıdır, çünki hər kim Allahı unutsa, nəticədə özünü unutmuş olar. Belələri özünə yad olub qəflət vadisində sərgərdan gəzəcəkdir. "Qurani-Kərim”də buyurulur:
"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" («Həşr»-19)
"O kəslər ki, ayaq üstə olanda da, oturanda da Allahı xatırlar.." («Ali-İmran»-191)
Bu barədə çoxlu rəvayətlər var. Həzrəti-Əli(ə) buyurur:
"Həmişə Allahı yad edin. Bu zikrlərin ən yaxşısıdır." («Nəhcül-bəlağə», xütbə-110)
"Allah-təala özünün xatırlanmasını qəlblərin paklığı və saflığı üçün vasitə qərar vermişdir."(Yenə orada)
"Allah zikrinin öz əhli var. Onlar Allahın zikrini dünyanın bütün gözəlliklərindən üstün bilmiş və onları heç bir ticarət, əziyyət və məhrumiyyət Allahın zikrindən saxlamamışdır."(«Camei-əhadisi-şiə», III c, səh.327)
Həzrəti- Əli(ə) "Həmmam" xütbəsində buyurur:
"Pəhrizkarların nişanələrindən biri də budur ki, onların gecə-gündüz bütün fikirləri Allahdır."(«Qürər», fəslə görə mündəricat, səh.129, №6410. «Camei-əhadisi-şiə» III c,səh.326)
Peyğəmbər(s) Əhli-beyti və əshabı haqqında buyurur:
"Onlar Allahın adı çəkilən zaman elə ağlayırdılar ki, ətəkləri göz yaşından islanır, küləyin təsirindən lərzəyə gələn ağac kimi titrəyirdilər."(«Üsuli-kafi», II c, səh.77 vərə fəsli)
"Allahı yad etmək bütün nəfsani xəstəliklərin dərmanıdır." (Həmin mənbə))
"Allahı həmişə xatırla ki, O, qəlbin nurudur."(«Biharül-ənvar», XXXC c, səh.351)
"Allahı yad etmək imanın sütunudur və şeytan tərəddüdünü qəlbə girməyə qoymur."(«Üsuli-kafi», II c, səh.76, taət və təqva fəsli, hədis №7.)

Şərh yaz


Məxfi kod
Yenilə