Bazar, 04 Aprel 2021 10:39

Quranın qalası hansı ayədir?

Dini maarifdə “Bəqərə” surəsi və Ayətül-kursi – Quranın qalası kimi tanıdılmışdır.

 

“Hər bir şeyin qalası vardır. Quranın qalası “Bəqərə” surəsidir. Bu surədə elə ayə vardır ki, Quran ayələrinin sərvəridir. O, Ayətül-kursidir”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər bir şeyin qalası vardır, Quranın qalası “Bəqərə” surəsidir”.

 

İmam Sadiq (ə) buyurur: “Hər bir şeyin qalası vardır. Quranın qalası – Ayətül-kursidir. Hər kim onu bir dəfə oxuyarsa, Allah dünyanın min bəlasını və axirətin min bəlasını ondan geri qaytarar. Dünyanın ən asan bəlası – yoxsulluq və axirətin ən asan bəlası – qəbir əzabıdır”.

 

Beləliklə deyə bilərik ki, surələrin içərisindən Quranın qalası – “Bəqərə” surəsi, ayələrin içərisindən isə Ayətül-kursidir. (Beytutə)

Şərh yaz


Məxfi kod
Yenilə