Cümə axşamı, 14 May 2020 10:29

Orucun 3 dərəcəsi. Orucda gizlənən sirlər

Orucun 3 dərəcəsi. Orucda gizlənən sirlər

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc – atəşdən qalxandır”.

 

Həmçinin buyurur: “Oruc olan insan o zamana qədər ki, müsəlmanın qeybətini etməz, ibadət halındadır, baxmayaraq ki, yatağında yatsa belə”.

 

Qüdsi hədisdə oxuyuruq ki, Uca Allah buyurur: “Oruc – Mənim üçündür və Mən onun əvəzini verəcəyəm. Oruc tutan üçün iki şadlıq olar. O zaman ki, iftar edər və o zaman ki, Allah Təala ilə görüşər. And olsun o kəsə ki, Muhəmmədin (s) nəfəsi onun əlindədir, oruc tutanın ağzının pis qoxusu Allah yanında müşk ətrindən daha ətirlidir”.

 

İmam Kazım (ə) buyurur: “Əgər orucsunuzsə, zöhrdən əvvəl yatın. Çünki Allah Təala oruc tutana yatan zaman yemək verər və içizdirər”.

 

Oruc insanın daxilində olan şəhvət atəşini söndürər və insanın heyvani hisslərini zəiflədər. Onun yerinə mələkut sifətlərini gücləndirər və təqvasını artırar. Allah ona görə buyurur ki, oruc Mənim üçündür və Mən özüm onun savabını verəcəyəm.

 

Orucun 3 dərəcəsi vardır.

1. Ümumi oruc.

2. Xüsusi oruc.

3. Xüsusi xüsusi oruc.

 

Ümumi oruc odur ki, qarnını yeməkdən və içməkdən saxlayasan, şəhvətdən uzaq olasan.

Xüsusi oruc odur ki, bütün bədən üzvlərin oruc tutsun: qulağın, gözün, ayaqların...

Xüsusi xüsusi oruc isə qəlbin orucudur. Qəlbi Allahdan qeyrisindən uzaq saxlamaqdır. Bu qəlb dünya alçaqlıqlarına diqqət etməkdən çəkinər. Onun orucunun iftarı axirət mövzuları barəsində düşünməkdir.

 

Oruc tutanın orucunu pozan əməllər: yersiz sözlər, yalan, qeybət, söz gəzdirmək, söyüş, zülm, düşmənçilik, riyakarlıq.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc – atəşdən qalxandır. Ona görə də sizlərdən kim oruc olsa, söyüş söyməsin, cəhalətliyi üzündən söz deməsin, kimsə onunla dava etməyə qalxsa, ya onu söysə, desin ki, orucam”.

Allah bizlərə orucun üçüncü dərəcəsinə çatmağı nəsib etsin. Çünki bu dərəcə ali insanların dərəcəsidir. İnsanı Allaha yaxınlaşdırar və onun razılığını əldə edər. (Beytutə)

 

Bəs orucun əsil sirri nədədir?

 

Həzrət Peyğəmbər (s) meracda olan zaman Allaha buyurur: “Allahım! Oruc tutmağın mirası nədir?”.

Xitab gəlir: “Oruc, insanda hikmətin yaranmasına səbəb olur. Hikmət də mərifətin yaranmaq mənbəyidir. Mərifət isə insan canında yəqinin hasil olma amilidir.

O zaman ki, bəndə yəqinə çatar, necə yaşadığına görə qorxusu olmaz, istər çətinlikdə, istərsə də asanlıqda”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Necə də həqiqi oruc tutanlar azdırlar, necə də ac olanlar çoxdurlar (yəni, zahiri oruc tutanlar).

 

Bu kateqoriyada daha ətraflı: « İmam Rzanın (ə) iftar duası

Şərh yaz


Məxfi kod
Yenilə