Cümə axşamı, 02 Yanvar 2020 12:14

Təqva nədir? Onu necə əldə etmək olar?

Təqva nədir? Onu necə əldə etmək olar?

Təqva – o mövzulardandır ki, Quran və hədislərimiz dəfələrlə onun haqqında bəhs etmiş və müsəlmanları ona riayət etməyə dəvət etmişdir. Bəzi Quran ayələrinə əsasən, təqva ilə orucun arasında sıx rabitə vardır. “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).

Bu ayədən belə nəticə gəlmək olur ki, orucun yaratdığı fəzilətlərdən biri də təqvadır. İnsan oruc tutaraq və nəfsinə hakim olaraq, təqvaya sahib olar.

 

Bəziləri belə düşünür ki, təqva o şeydir ki, insan onun sayəsində xeyir işlər görür və pis işlərdən çəkinir. Yəni, nəfsin hərəkətini və tərkini təqva adlandırırlar. Halbuki təqva o şeydir ki, o, olarsa, bu halda hərəkət və tərk olar.

Təqva elə bir haldır ki, insana nəfsinə hakim olmağa yardım edər və mələkə halını alar. İnsan namaz qılar, yalan danışmaz, Allahın hədlərini aşmaz...

 

Təqva, Allah qorxusu ilə rabitədədir. Hər kimin Allah qorxusu olar – onun təqvası olar. “O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbir edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Həcc” 35).

 

«Allahdan qorxun və mənə itaət edin». (“Şuəra” 108).

 

İlahi xof o fəzilətlərdəndir ki, insanı təkamül etdirər və günahdan çəkindirər. İnsan İlahi xof sayəsində İlahi qürb məqamına yaxınlaşar. (Həvzəh)

 

Bəndəni İlahi qürb məqamına çatdırmaqda isə təqvanın rolu böyükdür. Əgər insan Allahdan qorxursa, deməli İlahi təqvaya da malikdir. Çünki, hər iki amilin əsil məqsədi – insanı günahdan uzaqda saxlamaq və tərəqqi etməsinə nail olmaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə