Şənbə, 15 Sentyabr 2018 13:21

İmam Zaman ağa (ə.f) buyurur: “Mən İmam Hüseynin (ə) nökəriyəm”

İmam Zaman ağa (ə.f) buyurur: “Mən İmam Hüseynin (ə) nökəriyəm”

Ustad Ənsarian buyurur: “İmam Zaman ağanın (ə.f) Qasim ibn Əla Həmədaniyə bir məktubu vardır ki, həmin şəxs Yəmən əhlindəndir. Həzrət (ə.f)Şəban ayının 3-də öz mübarək xətti ilə məktub yazıb, Qasim ibni Əla üçün göndərmişdir.

 

İmam Zaman ağa (ə.f) bu məktubda yazır: “Qasim, bu gün Şəban ayının 3-dür. Bu gün bizim Mövlamızın (ə) mövlud günüdür. Qasim, mən –İmam Zaman (ə), Hüseynin (ə) quluyam. Mən, Hüseynin (ə) nökəriyəm”. (Tebyan)

 

İlahi, bizləri Əhli-Beyti (ə) dərk edənlərdən və sevənlərdən qərar ver!

Şərh yaz


Məxfi kod
Yenilə