Cümə axşamı, 12 Oktyabr 2017 12:20

İmam Hüseyn (ə) üçün ağlamaq təqva ilə birgə olsa, insanı behiştə aparar

İmam Hüseyn (ə) üçün ağlamaq təqva ilə birgə olsa, insanı behiştə aparar

Seyyid ibni Tavus deyir: “Əgər bizə əzadarlıq əmri verilməsəydi, yenə də Aşurada bayram etmək olmazdı. Əgər ox bir insanın əlinə dəysə, siz təsirlənərsiniz. Necə ola bilər ki, gözünüzün önündə uşağı tikə-tikə etsinlər və insan sakit əyləşsin və onu halına göz yaşı tökməsin?! Bu ağlamaqlar zəiflik ağlamaqları deyildir. Çarəsizlik ağlamaqları deyildir. Ona görədir ki, İmam Hüseynə (ə) ağlayanlar üçün bu qədər savab vardır”. (Tebyan)

İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətinə aid hədislər çoxdur. Ancaq heç birində deyilmir ki, insan heç bir şərt olmadan behiştə gedəcəkdir. İmam Hüseynə (ə) ağlamaq gözəl və bəyənilən əməllərdəndir. Başqa saleh əməllər kimi, o zaman qəbul olunar ki, insan təqva əhli olsun. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).

İmam Hüseynə (ə) ağlamaq elə bir qapıdır ki, əgər oradan daxil olsaq, bizi bəndəlik yoluna hidayət edəcəkdir. Bu yol İlahi qürbə tərəf gedən pillədir. İmam Hüseynə (ə) ağlayanlar səfa və eşq üzündən göz yaşı tökərlər. Saflaşıb tövbələrini xatırlayarlar. Allah da onların bu səmimi tövbəsini qəbul edər.

O kəs ki, İmam Hüseynə (ə) aşiqdir və onun məzlumluğuna ağlayar, namaza qarşı etinasız ola bilməz. Əgər hansısa namazı qəza olubsa, ona çox pis təsir edər və təcili olaraq öz vəzifəsini icra edər.

İmam Hüseynə (ə) eşq bəsləmək və onun müsibətinə ağlamaq – tövbənin ilk addımıdır. Bu tövbə əgər kamala çatarsa, nəinki günahları gizlədər, əslində günahları yaxşılıqlara çevrilən bir amilə çevrilər. (Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək, onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).

O kəs ki, İmam Hüseynə (ə) aşiq olar – dünyada, axirətdə və bərzəxdə Allahın nəzəri altında olar və Allahın xüsusi rəhməti bütün bu mərhələlərdə onu əhatə edər. Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, hər kəs sevdiyi ilə məşhur olar. Biz əgər İmam Hüseynə (ə) aşiqiqsə deməli, Həzrətlə (ə) bir yerdə məşhur olacağıq. İnşəallah!

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎