Çərşənbə, 30 Avqust 2017 11:28

Mənəvi təkamül üçün yol xəritəsi

Mənəvi təkamül üçün yol xəritəsi

Gün ərzində Allahla danışmaq və ya Zilhiccə ayının duasında istənilən 35 hacət

 

Qəflət. İnsan həyatının varlıq olaraq sönük (off-line) vəziyyəti. Bu halda bioloji mövcudiyyətdən kənar bir yaşama yoxdur.

 

Ayılma. İlk olaraq insan kimi yaşama buradan başlayır. Kiməm? Haradanam? Niyəyəm?

 

Zilhiccə ayının ilk ongünlüyü. Hədəfi – bizləri ayıltmadır. Orucu da bunun üçündür, duaları və namazı da.

 

Bu ongünlükdə tövsiyə olunan dualardan biri də, sübh azanından sonra və şam namazından əvvəl Həzrət İmam Sadiqdən (ə) olan duadır.

 

Diqqətlə saydıqda 34-35 mövzuda Allahdan hacətlər istənilir. Əməlli-başlı mənəvi təkamül üçün yol xəritəsidir, əslində.

 

Qəflət. Ondan ayılmanın ciddi yollarından biri – duadır. Mənasını anlayaraq və sidqi qəlbdən oxunan dua.

 

Uca Allahdan hər birimizə Rəbbimizlə danışaraq, qəflətdən oyanmağı diləyirəm.

 

Hacı İlqar İbrahimoğlu

Şərh yaz


Məxfi kod
Yenilə