Çərşənbə, 05 Yanvar 2022 21:50

Həzrət zəhra(s.ə)-nın şəhadətinin il dönümü

Həzrət zəhra(s.ə)-nın şəhadətinin il dönümü

Sabah cümə axşamı yanvarın 6-ci günü(2022) islam peyğəmbərinin əziz qızı həzrət fatimeyi zəhra(s.ə)-nın şəhadətinin il dönümüdur.


 

Həzrət zəhra(s.ə) Həzrət əli(ə)-ın həyat yoldaşı idi, o böyük xanım bu dünya və o dünyada xanımlarının baş tacı sayılır. O elə bir evdə böyümüşdür ki orada, Allahın mələyi oraya gəl-get edir və islam peyğəmbərinə Allahın vəhyini çatdırırdı. bu baxımdan deməyi olar ki həzrət fatimə vəhy məktəbinin yetirməsi idi. O möminlər əmiri ilə ailə qurduqdan sonra, nümunəvi bir ana olaraq, həzrət imam həsən, imam hüseyn və həzrət zeynəb kimi böyük insanlar yetşdirmişdır.

Həzrət zəhra(s.ə) həyat yoldaşı həzrət əli (ə) həmişə vəfalı qalaraq vilayət yolunda son nəfəsə qədər öz üzərinə düşən misyanı yerinə yetirməyə çalışdı. xanım fatimə müsəlman qadınlara gözəl bir nümunədir.

Həzrət fatimə(s.ə) ömrünün son günlərində, sevincli görnürdü çünki bilirdi əhlibeytdən ilk kəsdir ki atası peyğəmbərə qovuşur. lakin onu narahat edən məsələ, atası peyğəmbərin fərmanlarına etinasızlıq və həyat yoldaşı həzrət əli(ə)-ın haqının tapdalanmasi idi. Xanım fatimənin haqqı müdafiə etmək uğrunda yaralanması onun gənc yaşında bu dünyadan köçməsinə səbəb olmuşdur.

 

Şərh yaz


Məxfi kod
Yenilə