Çərşənbə axşamı, 16 Noyabr 2021 11:58

Bu gün, Həzrət Məsumə(s.ə)-ın vəfatının ildönümü günüdür

Bu gün, Həzrət Məsumə(s.ə)-ın vəfatının ildönümü günüdür

İslami İran dünya şiələrinin səkkinci imamı Həzrət İmam Rza(ə)-ın əziz bacısı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günündə matəm içindədir.

 

Bu gün, 1443-cü hicri qəməri ili rəbiüssani ayının onu, 2021-ci il noyabrın on altısı, dünya şiələrinin yeddinci imamı Həzrət İmam Musa Kazim(ə)-ın qızı- Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü günüdür.

İslami İran xalqı matəm əlaməti olaraq, qara bayraqlar dalğalandırmaq və müxtəlif əzadarlıq mərasimləri keçirməklə İslamın bu möhtərəm xanımına və paklıq Əhli-Beyti(ə) xanədanına öz məhəbbət və hörmətni nümayiş etdirir.

Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın İranın Qum şəhərində yerləşən pak hərəmində də xüsusi məddahlıq və çıxış tədbirləri keçirilir və o həzrətin zəvvarları və bu ziyarətgahın yaxınlığında yerləşən sakinlər əzadarlıq edirlər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın vəfatının ildönümü gününün gəlib çatması münasibətilə dünya şiələri xüsusiyyət təşkil etməklə bütün müsəlmanlarına və azadlıqsevərlərə başsağlığı verir.

 

Şərh yaz


Məxfi kod
Yenilə