Bazar, 30 Avqust 2020 13:46

Bu gün Aşuradır

Bu gün Aşuradır

Bu gün 1442-ci hicri qəməri ili Məhərrəm ayının 10-u, 2020-ci il 30 avqustvHüseyn (ə) Aşurası günüdür.

Bu gün, Hüseyn Aşurası günündə, qızılı azadsevərlik bayrağının dalğalandığı gündə Hüseyn şövqü bütün İslami İranı bürüyüb.

İranın və digər islami ölkələrin əzadar xalqları Hüseyn(ə) Aşurası günündə sinə və zəncir vurma dəstələri təşkil etməklə Kərbəla şəhidlərinin məzlumluğu üçün matəm saxlayıblar.

Əzadarlıq dəstə və qrupları müntəzəm sıralarda və səhiyyə protokollarına riayət edərək, bu gün səhərin ilk saatlarından zəncir və sinə vurub, növhə oxuyublar. Onlar şəhidlər ağasının və onun sədaqətli köməkçilərinin matəmində göz yaşları axıdıblar.

Növhə oxuma, sinə və zəncir vurma, Həzrət İmam Hüseyn(ə) və Həzrət Əbülfəzl(ə)-ın şəxsiyyətləri və yerləri barədə çıxışların edilməsi İslami İranın mömin və Hüseyni xalqının Hüseyn Aşurası gecəsi və günündəki mühüm tədbirlərindəndir.

Bu il bütün İslami İranda dini heyətlər, məscidlər və əzadarlıq təkyələri koronavirus pandemiyasına görə, öz mərasimlərini açıq havada və səhiyyə göstərişlərinə əməl etməklə keçiriblər.

İmam Hüseyn (ə)-ın və onun köməkçilərinin şəhadətləri günündə Aşura namazı da üstüaçıq məkanlarda və ictimai məsafəyə riayətlə qılınıbdır.

Məhərrəm ayının onu, şəhidlər ağası, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür. O həzrət 61-ci hicri qəməri ili məhərrəm ayının 10-da 57 yaşında Kərbəlada şəhid olub.

Şərh yaz


Məxfi kod
Yenilə