Bazar, 29 Mart 2020 13:02

Həzrət Əbulfəzl Abbas(ə)-ın mövlud gününü təbrik edirik

Həzrət Əbulfəzl Abbas(ə)-ın mövlud gününü təbrik edirik

Bu gün, 1441-ci hicri qəməri ili şəbanın 4-ü, 2020-ci il martın 29-u, Həzrət Əbulfəzl Abbas(ə)-ın mövlud günüdür.

Dünya şiələrinin birinci imamı, Həzrət İmam Əli(ə)-ın övladlarından olan Həzrət Abbas(ə) hicrətin 26-cı ilində, şəban ayının dördündə Mədinə şəhərində dünyaya göz açır. Onun məşhur ləqəbləri "Əbülfəzl, Qəməri Bəni Haşim, Kərbəla ələmdarı və Səqqa"dır.

O həzrətin anasının adı Ummul Bənin idi və xanım Fatimeyi-Zəhra(s.ə)-nın vəfatından sonra İmam Əli(ə)-ın həyat yoldaşı olmaq şərəfinə nail olmuşdu.

Həzrət Əbulfəzl Abbas(ə) Aşura qiyamının qəhrəmanlarındandır. O, bir fədakarlıq nümunəsi olaraq İmam Hüseyn(ə)-a olan eşq və məhəbbətini öz şəhadəti ilə ən gözəl formada nümayiş etdirdi. Beləliklə həqiqət yolunun davamçıları üçün sədaqətin layiqli nümunəsi ləqəbini aldı.

Əbulfəzl Abbas(ə)-ın mövlud günü İran İslam Respublikası təqvimində "müharibə əlilləri günü" kimi qeyd olunur. 

Şərh yaz


Məxfi kod
Yenilə