Şənbə, 28 Mart 2020 09:27

Şəban ayı daxil oldu. Bu ayda ən bəyənilən əməllər hansıdır?

Şəban ayı daxil oldu. Bu ayda ən bəyənilən əməllər hansıdır?

Şəban ayı – mübarək aylardan biridir ki, Allah Öz bəndələrinə rəhmət gözü ilə baxar və behiştin qapılarını açıq qoyar. Hər bir xeyir əməlin qarşılığını qat-qat daha çox verər. Bu ay – Peyğəmbərin (s) ayıdır.

 

Bu ayın ümumi, yəni müştərək və xüsusi əməlləri vardır ki, onlarla tanış olaq:

 

Müştərək əməllər:

 

1. Oruc. Həzrət Peyğəmbər (s) buyurur: “Şəban – mənim ayımdır. Ramazan ayı Allahın ayıdır. Hər kim mənim ayımdan bir günü oruc tutarsa, mən Qiyamət günü onun şəfaətçisi olaram. Hər kim ondan iki gün oruc tutarsa, Allah keçmiş günahlarını bağışlayar. Hər kim 3 gün oruc tutarsa, ona deyilər ki, əməllərinə əvvəldən başla”.

 

2. İstiğfar. Hədislərimiz buyurur ki, bu ayın ən yaxşı zikri – istiğfardır. Hər kim bu ayın hər günündə 70 dəfə istiğfar edərsə, ona bənzəyər ki, başqa aylarda 70 min dəfə istiğfar etmişdir.

 

3. Sədəqə. İmam Sadiqə (ə) sual verirlər ki, Şəban ayının ən yaxşı əməli hansıdır? Həzrət (ə) buyurur: “Sədəqə vermək və istiğfar”.

 

4. Salavat. Həzrət Peyğəmbər (s) buyurur: “Şəban – mənim ayımdır. Bu ayda mənə və mənim ailəmə çoxlu salavat göndərin”.

 

5. Şəbaniyyə münacatı. Seyyid ibni Tavus nəql edir ki, Şəban ayı gələn zaman Əmirəl-möminin (ə) və övladları Şəbaniyyə münacatını çoxlu tilavət edərdilər.

 

Bu ayın xüsusi günlərinin əməlləri:

 

1. Şəban ayının ilk gününün orucu çox fəzilətlidir və İmam Sadiqin (ə) buyurduğuna görə, insanı behiştlik edər.

 

2. Şəban ayının üçüncü günü barəsində oxuyuruq ki, İmam Həsən Əsgəri (ə) buyurur ki, İmam Hüseyn (ə) bu gündə dünyaya gəlmişdir, ona görə də həmin günü oruc tutmağın savabı böyükdür.

 

3. Bu ayın 13, 14, 15-ci günlərini oruc tutmaq. Çünki bu günlər “Əbyəz” günləridir. Rəcəb ayında olduğu kimi, Şəban ayının bu günlərində də oruc tutmaq böyük fəzilətə səbəb olar.

 

4. Nimeyi-Şəban gecəsi qüsl almaq, gecəni oyaq qalmaq, namaz və dua ilə məşğul olmaq tövsiyə olunur.

 

5. Şəban ayının son üç gününü oruc tutmaq və onu Ramazan ayına qoşmaq – insana iki ay dalbadal tutulan orucun savabını gətirər.

Şərh yaz


Məxfi kod
Yenilə