Şənbə, 29 Fevral 2020 10:42

Rəcəb və Şəban ayları ilə bağlı Ayətullah Qazinin 10 tövsiyəsi

Rəcəb və Şəban ayları ilə bağlı Ayətullah Qazinin 10 tövsiyəsi

Böyük İslam alimlərindən olan Ayətullah Qazinin Rəcəb və Şəban ayı ilə bağlı tövsiyələrinə nəzər salaq və yerinə yetirməyə çalışaq.

 

Alim buyurur: “Ey əziz qardaşlar! Agah olun ki, biz Rəcəb və Şəban aylarına daxil olmuşuq. Necə ki, Yer kürəsinin müqəddəs yerlərində haramdan çəkinməliyik, bu aylarda da bəzi əməllərdən çəkinmək və bəzilərini yerinə yetirmək lazımdır. Bu əməllər bunlardır:

 

1. Çalışın bu üç müqəddəs aylarda vacib namazlarınızı vaxtında yerinə yetirəsiniz, nafilələri ilə birlikdə.

2. Gecə nafiləsi barəsində deyə bilərəm ki, möminlərin nəzərinə görə, bu namazlar vacib namazlardır və onu yerinə yetirmək lazımdır.

3. Gecə nafilələrində Quran oxuyun. Çünki Quranı qiraət etmək – möminlərin içəcəyidir.

4. Çalışın bu aylardan bacardığınız qədər “Yunusiyyə” zikrini çoxlu deyəsiniz.

5. Bu aylarda Məsumların (ə) hərəmlərini ziyarət edin.

6. Vacib namazlardan sonra Xanım Zəhranın (s.ə) təsbihini yerinə yetirməyi unutmayın.

7. İmam Zaman aöanın (ə.f) fərəci üçün dua edin.

8. Cümə günlərində “Cameə Kəbirə” ziyarətini oxuyun.

9. Din qardaşlarınızla görüşə gedin.

10. Qəbir əhlini ziyarət edin”. (Həvzəh)

Şərh yaz


Məxfi kod
Yenilə