Şənbə, 15 Fevral 2020 12:18

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövlud günü mübarək!

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövlud günü mübarək!

Bu gün, cəmadiüssani ayının iyirmisi, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mübarək mövludunun ildönümü günüdür.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) uşaqlıqdan Vəhy evində möhtərəm atası, Həzrət Muhəmməd(s.ə.s)-in göstərişləri ilə kamal, elm və fəzilətin ən yüksək dərəcələrinə nail oldu.

Həzrət Muhəmməd(s.ə.s)-in əziz qızı həmçinin dünya şiələrinin birinci imamı İmam Əli(ə)-ın evinin isti və səfalı ocağında ən yaxşı tərzdə həyat yoldaşı və ana vəzifələrini yetirdi və İmam Həsən(ə), İmam Hüseyn(ə) və Həzrət Zeynəb(s.ə.) kimi böyük insanlar yetişdirdi.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) bütün miqyaslarda dünya qadınları üçün meyar sayılır və o həzrətin İslam Respublikasının banisi, Həzrət İmam Xomeyni(r.ə)-in təvəllüdünün ildönümü gününə təsadüf edən mövlud günü İranda ana və qadın günü adlandırılıb və bu gündə qadının, xüsusən ananın şəxsiyyəti və yeri yüksək şəkildə dəyərləndirilir.

Bu münasibətlə İslami İran iki aləmin xanımı, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızının mövludu gecəsində başdan-başa şadlıq və şənlik içindədir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mübarək mövludunun ildönümü gününün gəlib çatması münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Şərh yaz


Məxfi kod
Yenilə