Cümə axşamı, 14 Noyabr 2019 19:23

İslam Peyğəmbəri(s.ə.s.) və İmam Cəfər Sadiq(ə)-ın mövludlarının ildönümü günü mübarək!

İslam Peyğəmbəri(s.ə.s.) və İmam Cəfər Sadiq(ə)-ın mövludlarının ildönümü günü mübarək!

Sonuncu ilahi peyğəmbər, Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in və imamət və vilayət səmasının altıncı parlaq ulduzu- Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin gecəsində İslami İran başdan-başa nura və sevincə qərq olub.

Sabah, 1439-cu hicri qəməri ili rəbiuləvvəl ayının 17-si, 2019-cu milad ili noyabrın on beşi, əziz İslam Peyğəmbəri, Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in və imamət və vilayət səmasının altıncı parlaq ulduzu- Həzrət İmam Cəfər Sadiq(ə)-ın səadətli mövlud günlərinin ildönümüdür.

İslami İranın müxtəif bölgələrinin əhalisi, o sıradan şiə və sünni/ məscidlər, mənzillər, küçə və mağazaları bayraq və rəngarəng çıraqlarla bəzəyib, mərasim keçirib, noğul və şirniyyat paylayaraq, sonuncu ilahi peyğəmbər Həzrət Muhəmməd(s.ə.s)-in səadətli mövludunun ildönümünü bayram edir.

İranda şiə və sünni müsəlmanların Böyük İslam Peyğəmbəri(s.ə.s)-in şənliyində iştirakı İslam ümmətinin yekdilliyi və həmrəyliyindən gözəl cilvələri nümayiş etdirir.

Sünni əhli rəbiuləvvəl ayının 12-ni, şiələr isə 17-ni Böyük İslam Peyğəmbəri(s.ə.s)-in mövlud günü hesab edirlər.

İran İslam Respublikasının banisi, Həzrət İmam Xomeyni(r.ə)-ın təşəbbüsü ilə 12 və 17 rəbiuləvvəl tarixləri arasında olan müddət “vəhdət həftəsi” adlandırılıbdır.

şərhlər   

 
+1 #1 elvinhuseynli 2019-11-16 09:51
SALAMUN ƏLEYKUM QARDAŞIM
PEYĞƏMBƏRİN MÖVLUDU SİZƏ MÜBARƏK OLSUN
ALLAH SİZLƏRİ PEYĞƏMBƏR ƏHLİ BEYTİ İLƏ MƏŞHUR ELƏSİN
GÖZƏL VERLİŞLƏRƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM
İNŞALLAH Kİ ÇOX NARAHATLIQ VERMİRƏM
Sitat
 

Şərh yaz


Məxfi kod
Yenilə