Çərşənbə, 06 Noyabr 2019 10:00

Bu gün Həzrət Mehdinin(əc) imaməti və vilayətinin başlanmasının ildönümü günüdür

    Bu gün Həzrət Mehdinin(əc) imaməti və vilayətinin başlanmasının ildönümü günüdür

bu gün rəbiül-əvvəl ayının 9-u İmam Zaman(əc) vilayəti və imamətinin başlanmasının ildönümü günüdür.

Həzrət Mehdi(əc) 255-ci hicri qəməri ilində şəban ayının ortalarında Samirə şəhərində dünyaya göz açır.

Abbasi hökuməti İslam Peyğəmbəri(s.ə.s) və imamların "Mehdi"nin İmam Həsən Əsgərinin(ə) övladı olması ilə bağlı dediklərini əsas götürərək, o həzrəti nəzarət altına almışdılar. Amma, 11-ci imam övladının dünyaya gəlməsi xəbərini gizli saxlayaraq, Abbasilərin bu planını zərərsizləşdirdi.

İmam Həsən Əsgərinin(ə) şəhid olmasından sonra o həzrətin Mehdi(ə) adlı övladının olması xəbəri yavaş-yavaş yayılmağa başladı. Abbasi xəlifəsinin Mehdini(ə) tapmaq üzrə səyləri isə heç bir nəticə vermirdi.

İmam Əli(ə) buyurub: Qeybə çəkilənimizin iki qeybəti olacaq. Biri, digərindən uzun olacaq. Onun qeybdə olduğu müddət ərzində sadəcə onun imamətinə güclü imanı və etiqadı olan şəxslər kamil mərifət sahibi olacaqlar.

Şərh yaz


Məxfi kod
Yenilə