Bazar ertəsi, 09 iyul 2018 13:09

İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Şiələrin altıncı imamı və şiə məktəbinin banisi Həzrət İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün İran əzadar və matəm içindədir.

Bu gün, 2018-ci il iyulun 9-u, 1439-cu hicri qəməri ili şəvval ayının 25-i, imamət və vilayət səmasının altıncı parlaq ulduzu-İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü gününün gecəsi və günündə İran xalqı dini məkanlara gələrək, dünya şiələrinin altıncı imamının matəmində əzadarlıq edir.

İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günündə qaraya bürünmüş Məşhəd şəhərində yerləşən şiələrin səkkizinci imamı İmam Rza(ə)-ın pak ziyarətgahı zəvvarlarla doludur. Onlar paklıq Əhli-Beyti(ə)-a olan hörmət və məhəbbətlərini ifadə edirlər.

İmam Cəfər Sadiq(ə) özünün məhsuldar ömrü boyu tədrislə məşğul olub, şiələr və sünnilər daxil olmaqla İslam dininin davamçılarının suallarını cavablandıraraq, dəlil və məntiqlə şiə məktəbinin qüdrətini İslamın bütün davamçılarına sübut edə bildi.

Bu hərəkətin təsiri o həddə idi ki, sünni əhlinin böyüklərindən olan Şafei, Malik və Əbu-Hənifə kimi şəxslər də İmam Cəfər Sadiq(ə)-ın elmindən bəhrələndilər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya şiələrinin altıncı imamı-İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara, dünya azadlıqsevərlərinə və xüsusən şiə məzhəbinin davamçılarına başsağlığı verir.

Şərh yaz


Məxfi kod
Yenilə