Çərşənbə axşamı, 20 Fevral 2018 10:38

Bu gün Fatimeyi-Zəhranın(s.ə) şəhadətinin ildönümü günüdür

Bu gün Fatimeyi-Zəhranın(s.ə) şəhadətinin ildönümü günüdür

Bu gün çərşənbə axşamı, 20 fevral 2018-ci il, İslam peyğəmbərinin əziz qızı həzrət Fatimeyi-Zəhranın(s.ə) şəhadətinin ildönümü gününə təsadüf edir.

İranın müsəlman əhalisi dünya qadınlarının xanımı, iffət və ismət simvolu həzrət Fatimeyi-Zəhranın(s.ə) şəhadətinin ildönümü gününd\ əzadarlıq edir.

Əhl-Beyt(ə) aşiqləri və dindar kəsim məscidlər, hüseyniyələr, müqəddəs məkanlar o cümlədən şiələrin 8-ci imamı həzrət İmam Rzanın(ə) Məşhəd şəhərindəki məqbərəsi və onun əziz bacısı həzrət Məsumənin(s.ə) Qum şəhərindəki pak məqbərəsinə üz tutaraq, İslam Peyğəmbərinin(s.ə.s) əziz qızı xanım Fatimənin(s.ə) şəhadətinin əzadarlıq mərasimlərində iştirak edirlər.

Həzrət Fatimə(s.ə) Besətin (həzrət Məhəmmədin(s.ə.s) peyğəmbərliyə təyin edilməsi) 5-ci ilində, cəmadiüssani ayının 20-sində Məkkə şəhərində dünyaya göz açmışdı.

Xanım Fatimə(s.ə) sonuncu ilahi peyğmbər olan atası həzrət Məhəmməd Mustafa(s.ə.s) tərəfindən ilahi maarifin sirləri ilə tanış olur.

!8 il həyat sürən Fatimeyi-Zəhra(s.ə.s) əziz atasının yoxluğunun qəminə və çəkdiyi əziyyətlərə dözməyərək, hicrətin 11-inci ilində bəzi rəvayətlərə əsasən cəmadiül-əvvəl ayının 13-də, bəzi rəvayətlərə görə isə, cəmadiüssani ayının 3-ündə şəhid olur.

biz Aran Radiosu olaraq xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü münasibəti ilə dünya müsəlmanlarına başsağlığı veririk.

Şərh yaz


Məxfi kod
Yenilə