Çərşənbə, 06 Dekabr 2017 01:56

Bu gün Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiq (ə)-ın mövlud günüdür

Bu gün Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiq (ə)-ın mövlud günüdür

Sonuncu ilahi peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü gecəsi və günündə İslami İranda şənlik tədbirləri davam edib.

 bu gün çərşənbə  günü 17 rəbiüləvvəl 1439-ci hicri qəməri ili, 06 dekabr 2017-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür.

İslami İranın müxtəlif bölgələrində, şiə və sünnilər məscidlər, mənzillər, küçələr və mağazaları rəngli çıraqlar və bayraqlarla bəzəyərək və mərasimlər keçirərək sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) viladətinin ildönümü gününü şənlik edirlər.

Sünni tarixinə əsasən 12 rəbiüləvvəl əziz islam peyğəmbərinin viladətinin ildönümü günüdür və şiələr də 17 rəbiüləvvəli Allahın rəsulunun viladəti hesab edirlər.

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü ilə 12-17 rəbüləvvəl Həzrət Rəsul-Əkrəmin (s.ə.s) viladəti günləri olaraq Vəhdət Həftəsi adlandırılmışdır.

Bu kateqoriyada daha ətraflı: « Zühur intizarında olanların şənliyi

Şərh yaz


Məxfi kod
Yenilə