Bazar, 19 Noyabr 2017 12:22

İmam Rzanın (ə) şəhadətinin ildönümü günü

İmam Rzanın (ə) şəhadətinin ildönümü günü

Bu gün bazar günü 1439-cu hicri qəməri ili 30 səfər, 2017-ci il 19 noyabr dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Rza (ə) 148-ci hicri qəməri ili Mədinə şəhərində dünyaya göz açdı və 203-cü hicri qəməri ili səfər ayının son günü şəhid edildi. 

Həzrət İmam Rzanın həyatı və imamlıq dövrü insanların Əhli-Beytə (ə) marağının daha çox artdığı və Əhli-Beytin (ə) ictimai bazalarının genişləndiyi dövrdür. 

İnsanların dünya şiələrinin 8-ci imamına (ə) maraqlarının artması ilə Abbasilər xəlifəsi Məmun məkrli plan hazırlayaraq onu zəhərlədi və şəhid etdi. 

İslami İranın xalqı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü gecəsi və günündə, hüseyniyyələr, məscidlər, Məşhəddə o həzrətin pak ziyarətgahı, Qum şəhərində Həzrət Məsumənin (s.ə) ziyarətgahında əzadarlıq edir. 

Aran Radiosu Təşkilatı Həzrət İmam Rzanın (ə) şəhadətinin ildönümü ilə əlaqədar bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir. 

Şərh yaz


Məxfi kod
Yenilə